Modern.az

Azərbaycanda 3200-dən çox müəllimə kompüter satılıb

Azərbaycanda 3200-dən çox müəllimə kompüter satılıb

2 Oktyabr 2009, 13:15

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Təhsil Nazirliyi, Microsoft və HP şirkətləri ilə birgə həyata keçirdiyi "Xalq kompüteri" layihəsinin II mərhələsinə artıq strart verilib. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Informasiya cəmiyyəti şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə indiyədək müzəllimlərə 3200 ədəddən çox kompüter satılıb. İ.Sadıqov gün ərzində nazirliyə kompüter almaq istəyən 50-dək müzəllim tərərfindən  müqavilə daxil olur: “Bu müqavilələr yoxlandıqdan sonra müəllimlərə kampüter verilir”.

Müəllimlərə güzəştli şərtlərlə kompüter satışını həyata keçirən “Best Komp” şirkətindən isə bildirilib ki, "Xalq kompüteri" layihəsinin II mərhələsində neçə avadanlığın satılacağı hələ müəyyənləşdirilməyib.

«Xalq Kompüter» layihəsi çərçivəsində bağlanmış müqavilələrin nəticələrinə görə, Bakı, Salyan, Quba  şəhərlərinin müəllimləri daha fəaldırlar. Xatırladaq ki, müəllimlərə12 aylıq kreditlə satılan kompüter və noutbuklar 500-700 manata başa gəlir. "Xalq Kompüteri" layihəsi cari ilin aprel ayında başlanıb. Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının alınması üçün şərait yaratmaq, bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirməklə "rəqəmsal bərabərsizliyi" azaltmaq, habelə Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyətini dəstəkləməkdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır