28 Avqust 2019, 11:13 | Ana Səhifə - Yazılar - İranda Azərbaycan dili tədris olunacaq - Vədlər doğrulacaqmı?
İranda Azərbaycan dili tədris olunacaq - Vədlər doğrulacaqmı?

Fazil Mustafa,
Milli Məclisin üzvü

Cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Prezident seçki kampaniyasında verdiyi sözü tutaraq Azərbaycan dilinin tədrisinə icazə verib.

Vilayətin rəhbəri Cəfər Paşayi bildirib ki, təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq: “Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Türk dili dərslərinin eksperimental tətbiqi təhsil nazirinin verdiyi sərəncama əsaslanır. Təhsil nazirinin əmrinə əsasən, ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində məktəblər üçün xüsusi proqram nəzərdə tutulub. Bu proqramların məzmunu və saatı əyalət məktəblərindən asılıdır. Biz bu saatlardan istifadə edərək türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlayacayıq”.

Cəfər Paşayi vurğulayıb ki, məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitə yaradılıb. Komitə dərslərin zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq. Proses təkmilləşdikdən sonra layihənin icrasına başlanılacaq.

Qeyd edək ki, uzun illərdir İranda milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil almaq hüququ uğrunda mübarizə aparır. Bununla bağlı dəfələrlə etiraz aksiyaları keçirilib.

Bəs bu dəfə verilən vədin yerinə yetirilməsi nə dərəcədə real ola bilər?


İlk növbədə İranın indiki prezidenti Həsən Ruhaninin seçkiqabağı kampaniyasında verdiyi vədə uyğun olaraq gerçəkləşdirilən bir istiqamətdir. Orada bildirilmişdi ki, ana dilində təhsil öz həllini tapacaq. Ümumiyyətlə, son vaxtlar İranda liberallaşma prosesi açıq-aşkar özünü büruzə verir. Məsələn, qadınların stadiona buraxılması məsələsi və sairə. İndi də ana dilində təhsil alınması məsələsi öz həllini bu cür tapmaq üzrədir. Bu, əlbəttə ki, müsbət tendensiyadır və bunu yalnız müsbət dəyərləndirmək lazımdır. Çünki İranın daxilində gərginliyin götürülməsi üçün ən azı insanların elementar hüquqlarının təmin olunmasına ehtiyac var. Azərbaycanlılar da orada əhalinin böyük bir hissəsini təşkil etdiyinə görə onların təhsildən kənarda qalması, öz dillərində təhsilin olmaması milli ədalətsizlikdir. Bu problemin ortadan qaldırılması üçün addımlar atılırsa, ən azı bundan sonrakı dövrdə azərbaycanlıların özlərinin fəallığından asılı olacaq. Çünki gərək özün də hüququnu tələb edəsən ki, o hüquq veriləndə artıq desinlər ki, bunu verməsək problem yarada bilər. Ona görə də düşünürəm ki, bu məsələ Azərbaycan bölgələrində olan məktəblərin bütün siniflərinə şamil ediləcək, daha kütləvi xarakter alacaq və azərbaycanlılar da bundan bəhrələnəcək”.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37