Modern.az

Şirvan Milli Parkında bir gün ...

Şirvan Milli Parkında bir gün ...

3 Oktyabr 2009, 22:38

Oktyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Şirvan Milli Parkında Quşları Dünya Müşahidə günü və Heyvanları Beynəlxalq Mühafizə günü ilə əlaqədar seminar keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə nazirliyin mütəxəssisləri, QHT və KİV-lərin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri iştirak ediblər.
Seminarda çıxış edən ETSN-nin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti direktorunun müavini Hikmət Əlizadə Heyvanları Beynəlxalq Mühafizə gününün təsis olunma tarixindən danışıb. O, bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə uyğunlaşmasına, onların sayının qısa müddətdə təbii yollarla artmasına, nadir heyvan növlərinin bərpa olunmasına səbəb olur. H.Əlizadə deyib,  hazırda ölkədə ümumi sahəsi 800 min hektardan çox olan xüsusi mühafizə olunan təbiət əraziləri, 8 milli park, 12 dövlət təbiət qoruğu və 23 dövlət təbiət yasaqlığı var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumilikdə sahəsi ölkə ərazisinin təqribən 9,7 faizini təşkil edir.
Tədbirdə 4 oktyabr Quşları Dünya Müşahidə günü  ilə bağlı da məlumat verilib.
Şirvan Milli Parkının direktoru Seymur Kərimov bildirib ki, 1969-cu ildə Bəndovan yasaqlığının yerində təbii kompleksin, xüsusilə də ceyranların qorunması məqsədilə Şirvan qoruğu yaradılıb. Qoruq 2004-cü ildə Milli Park elan edilib. Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.
Tədbirdə Salyan rayon məktəblilərinin iştirakı ilə ekoloji mövzuda bilik yarışı da təşkil olunub, qaliblər mükafatlandırılıb.

 

Rövşən NƏCƏFOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...