Modern.az

Azərbaycanda Ermənistan malları yandırılıb

Azərbaycanda Ermənistan malları yandırılıb

3 Oktyabr 2009, 22:56

Oktyabrın 3-də Sumqayıt şəhəri yaxınlığındakı xüsusi ayrılmış sahədə respublikamıza gətirilərkən gömrük orqanları tərəfindən tutulmuş yararsız məhsullar yandırılıb.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yandırılan məhsulları Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ayrı-ayrı gömrük məntəqələrində qaçaqmalçılar tərəfindən keçirilərkən saxlanılıb. İnzibati araşdırmalar zamanı bu məhsulların istifadəyə yararsız olduğu müəyyənləşdirilib.
Ekspertiza zamanı məlum olub ki, qaçaqmalçıların ölkəyə keçirmək istədikləri müxtəlif ölkələrin istehsalı olan 78179 qutu siqaret qəbul edilmiş standartlara cavab vermir, onların tərkibindəki fosfamidlərin miqdarı normadan 1-2 dəfə yuxarıdır və istifadəyə yararsızdır. Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən saxlanılmış, məhkəmə qərarına əsasən müsadirə edilmiş 56 kiloqram kürü məhsulları da istifadə üçün yararsız hesab edilib. Məhv olunan yararsız məhsullar arasında, həmçinin 41826 partlayısı, fişəng və digər pitotexnika məmulatları, Ermənistan istehsalı olan 224 qutu (100 qramlıq) qəhvə məmulatı və 10 qutu bibər tozu, 535 qutu bioloji qida əlavələri, 634 müxtəlif adda spirtli içki və pivə, 787 litr kustar üsulla hazırlanmış, şəraba və çaxıra oxşar maye, eləcə də araq-çaxır şüşələri üçün 2178 polietilen başlıqlar da var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi