Rusiya Prezidenti Vladimir Putin Liberal Demokrat Partiyasının (LDPR) təsisçisi Vladimir Jirinovskinin xüsusilə indiki şəraitdə çatışmadığını bildirib.
Modern.az xəbər verir ki, Putin bunu parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşündə deyib. LDPR sədri Leonid Slutski Dövlət Dumasına keçirilən son seçki kampaniyasının Jirinovskinin ölümündən sonra partiya üçün ilk seçki olduğunu qeyd etdikdən sonra Rusiya prezidenti bu fikirləri səsləndirib.
“Doğrudan da seçkilər Vladimir Volfoviç Jirinovskisiz keçirildi. Qeyd etmək istərdim ki, təbii ki, onun çatışmazlığını hiss edirik, xüsusilə də indiki şəraitdə”, - deyə Putin bildirib.
Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.