16 Oktyabr 2019, 13:31 | Ana Səhifə - Yazılar - 160 milyona yaxın qardaşlıq ailəsi
160 milyona yaxın qardaşlıq ailəsi

Elman Babayev


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü mühüm mesajlarla tarixə həkk olundu. İclas həm də rəmzi xarakter daşıyırdı, o baxımdan ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edirdi. Və Prezident İlham Əliyev iclasda çıxışı zamanı məhz bu məsələyə diqqəti cəlb etməklə mühüm mesaj verdi: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.


Prezidentin bu mesajı tarixi həqiqətləri ifadə etməklə yanaşı, gələcəyə istiqamətlənmiş bir bəyanatdır. Bu, türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkilməsi idi.

Ümumilikdə, Bakı iclasında digər dövlət başçıları tərəfindən də verilən bəyanatlar bu qurumun daha da güclənəcəyinə ümidləri artırır.

İlk növbədə Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır. Bu, həm  Türk Şurasının coğrafiyasını genişləndirir, həm də qurumun öz gücünü artırdığını, ölü bir quruma çevrilmədiyini göstərir. Eyni zamanda, Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması mühüm addımdır və Avropa dövlətləri, eləcə də təsisatları ilə əməkdaşlığa töhfədir.  

Düzdür, ötən 10 il ərzində Türk Şurası siyasi, iqtisadi, elm, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı inkişaf etdirib. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənib. Xüsusilə, türk xalqlarının zəngin mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərinin dünya səviyyəsində təbliğində mühüm işlər görülüb.

 

Amma mövcud əməkdaşlığın lobbiçilik səviyyəsinə yüksəlməsi, diasporaların birgə fəaliyyəti ən arzuolunan məsələdir ki, Bakı görüşü bu baxımdan xüsusi  əhəmiyyət daşıyır.

 

İclasdan bir gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz” fikrini qabartması, Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin “ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır” deməsi sözün həqiqi mənasında birfə fəaliyyətə keçməyin zəruri olduğuna bir işarədir. Üstəlik, Nursultan Nazarbayevin “türkdilli dövlətlər yox, artıq türk dövlətləri” ifadəsi xoşməramlı bir təklif kimi, türk dövlətlərinin əbədi birlik arzusunu və qaçılmaz hədəfini özündə ehtiva edirdi.      

 

Türk dövlətlərinin, ümumilikdə 160 milyona yaxın sayda əhali kontingentini əhatə etdiyini nəzərə alsaq, birgə lobbiçlik fəaliyyətilə nələrə nail olmağın mümkünlüyünü təsəvvür etmək çətin deyil. Bu gücün birgə hərəkəti dünya birliyində Türkiyənin, Azərbaycanın düşdüyü haqsız duruma qarşı aparılan mübarizəyə də təkan verə bilər.

 

Bu gün Türkiyənin xariçdə güçlü lobbisi ücün pulu yetərli olsa da, terrordan əziyyət cəkən ölkə olaraq ikili standartlarla üzləşir. Türkiyənin terrorla müçadilə aparmaq qərarına dünyada verilən dəstək quruça bəyanatlardan o tərəfə kecmir. Beləliklə, soyqırımların (Xoçalı façiəsi, Mart qırğınları ) növbəti ildönümləri ərəfəsində Azərbaycanın dərdlərinə öz dərdi kimi yanaşan Türkiyənin dünyada türk millətlərinin güclü lobbisinə ehtiyacı məsələsi bir daha qabarmış olur...  

 

Dağlıq Qarabağ məsələsində də Azərbaycan ikili standartlarla üz-üzədir. Nə BMT-nin məlum qətnamələri icra olunur, nə də işğalçıya layiq olduğu münasibət var. Güclü Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqqı hələ ki tanınmır, məsələnin sülh yolu ilə həlli üçün danışıqlar isə uzadılır.

 

Beləliklə, türk dövlətlərinin birgə hərəkət etməsi olduqca vacibdir və bunun Bakıda keşirilən iclasda qabardılması sevindiricidir. Bakı toplantısı, verilən bəyanatlar, qəbul olunan qərarlar türk həmrəyliyini nümayiş etdirmək, dini, dili özündən olanların bir-birininin lobbisinə cevrilməsi cağdaş dünyada türk xalqlarının müdafiəsi, haqlarının qorunması, əsl lobbiciliyin yaranması ücün möhkəm, etibarlı baza rolunu oyanayacaq.

 

Bu birlik əslində lobbicilik standartlarından kənar, qəbul olunmuş normalarla uyğunlaşmayan içdən gələn bir birlikdir. Çünki əgər lobbi müəyyən pul vəsaitinin müqabilində başa gəlirsə, üstəlik, qarşılığı başqa addımlarla da ödənilirsə, bu lobbiciliyin mayasında nə pul dayanır, nə də başqa məzmunda əvəzi istənilir. Bu kökdən gələn bir birlikdir!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Robert Koçaryan ilk mitinqini təyin etdi 6 May 2021, 23:06 İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36