Modern.az

Qubada jurnalistlər üçün düşərgə açılıb

Qubada  jurnalistlər üçün düşərgə açılıb

5 Oktyabr 2009, 12:48

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu keçirir. Milli Şurasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, düşərgədə gündəlik peşə fəaliyyətində mütəmadi olaraq gənclər sahəsindən yazan jurnalistlər iştirak edəcəklər. Təlim kursunun açılış mərasimi oktyabrın 5-də saat 19.00-da Quba Olimpiya kompleksində keçiriləcək. Oktyabrın 5-də bir qrup jurnalist Quba rayonuna yola düşüblər. Qeyd edək ki, açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edəcək. Kurs müddətində gənc jurnalistlərə Azərbaycanın media sahəsində kifayət qədər tanınmış ekspertlər tərəfindən mühazirələr deyiləcək. İnterraktiv və innovativ təlim metodlarından istifadə edilərək onların bu sahədəki bilik və bacarıqları təkmilləşdiriləcək. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib, 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Şura hazırda  öz ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi