27Noyabr | Ana Səhifə - Yazılar - Bir vaxt dərs dediyim döyüşçü qadın...
Bir vaxt dərs dediyim döyüşçü qadın...

Firuz Mustafa

Xatırlayıram, 80-ci illərin sonu idi. Qonşu ölkə ilə başlayan münaqişə get-gedə şiddətlənirdi. O vaxt Elmlər Akademiyasının Fəlsəfə kafedrasında çalışırdım. Bu quruma az-çox bələd olanlar bilir: Akademiyanın və ölkədəki ali məktəblərin aspirant və dissertantları həmin kafedrada imtahan və “minimum” verməli idilər. Bir sözlə, gələcək alimlərin sabah hansı sahə üzrə işləyəcəklərindən asılı olmayaraq, bu imtahan “prosedurundan” keçməli idi.

Dəds dediyim gələcək elm adamları arasında istedadlı aspirantlar çox idi. Mühazirə və seminarlarda öz maraqlı mühakimə və sualları ilə seçilənlərdən biri barədə danışmaq istəyirəm. Bu, birləşmədəki rəfiqələrinin “Gülya” deyə çağırdığı bir qız idi. Səhv etmirəmsə, dəqiq elmlər üzrə təhsil almışdı. Orta boylu, zərif, alagöz bir xanımdı...

Günlərin bir günü “Gülya” dərsə gəlmədi. Dedilər ki, könüllü olaraq cəbhə bölgəsinə gedib. Az sonra bu zərif xanımın bu cür gözlənilməz jestindən sonra “arxa cəbhədə” qalmağı mənəvi cəhərdən həzm edə bilməyən oğlanların da bir çoxu odlu nöqtələrə üz tutdu...

Aradan illər keçdi. Mətbuat üçün ordudan tez-tez yazılar hazırlayan kiçik qardaşım bir gün mənə dedi ki, hərbi hissələrin birində qulluq edən “bir qadın komandir” sənə salam göndərdi. Sən demə, həmin xanım qardaşımla söhbət əsnasında deyib ki, “mən əvvəllər aspiranturada oxumuşam, Firuz Mustafayev müəllimimiz olub”.
Mən həmin komandirin kim ola biləcəyini təxmin elədim. “Komandir xanım” onu da deyibmiş ki, Firuz müəllimin yolu bu tərəflərə düşsə, əsgərlər qarşısında çıxışını təşkil edərik. (Əlbəttə, elə dərs dediklərim var ki, mən özümü onların müəllimi hesab etmirəm. Və elə dərs demədiyim adamlar var ki, onlar məni özlərinə müəllim hesab edirlər).

Bir müddətdən sonra qardaşımla yolumuzu həmin hərbi hissədən saldıq.

Bizi hərbi geyimli bir qadın qarşıladı. Bu, bizim keçmiş aspirant idi. Əl tutub görüşdük. O, xeyli dəyişmişdi. Gizir rütbəsində idi. Qara saçlarına dən düşmüşdü. Əslində buna heç “dən” demək də düzgün olmazdı; səliqə ilə daranmış gür telinin üstündə nəzərə çarpan ağ saçlar arxaya doğru uzanırdı; sanki qaranlıq gecənin içindən ağ bir işıq yolu keçib gedirdi. Zərif sifəti sərtləşmişdi. Ala gözlərində bir yorğunluq vardı; Allah bilir, bəlkə də ötən günkü ağır döyüşdən sonra dincəlməyinə ehtiyac vardı; amma buna baxmayaraq, o, özünü əsl döyüşçü kimi təmkinli aparırdı.

“Atüstü”, qısa, yığcam bir söhbətimiz oldu.

Yadımdadır, üz-gözündən yorğunluqla bərabər bir mərdlik və dözümlük yağan xanıma belə dedim:

-Siz öz aspirant həmkarlarınızdan fərqlənirdiniz. İntellektual bir elm adamı idiniz. Bəlkə də elə elmlə məşğul olsaydınız, vətənimiz üçün daha faydalı olardı.

O, gülümsəyərək dedi:

-Müəllim, vətənimiz olmayandan sonra bizim elmimiz kimə gərəkdir?..

Bu sözlərin müqabilində ta nə demək, nəyi əlavə etmək olardı?

Mühazirə söyləməyə ehtiyac qalmadı.

Görüşüb ayrıldıq. Əli ağac kimi qabarlı və möhkəm idi...

Bir vaxt dərs dediyim döyüşçü qadının mərd sifəti hələ də gözüm önündədir. İndi bilmirəm o, haradadır. Çox güman ki, ordudan tərxis olunub, öz adi həyatını yaşayir. Lap elə təsadüfən bu kiçik yazını da oxuya bilər.

P.S. Bu, real bir həyat hadisəsinin qısa təəssüratı və təsviridir. Mən bir çox nəsr və səhnə əsərlərimdə döyüşça qadın obrazları da yaratmışam.
P.P.S. Vətənimiz, torpaqlarımız uğrunda döyüşən hər bir qazimizin, xüsusən silaha sarılan döyüşçü qızlarımızın-qadınlarımızın əllərini öpürəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumlarının SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00 Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı 2 Aprel 2020, 18:52 Fransanın ən iri bazarı meyitxanaya çevriləcək 2 Aprel 2020, 18:48 Rusiyada aprelin 30-na qədər iş olmayacaq 2 Aprel 2020, 18:33 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 2 Aprel 2020, 18:19 Keçmiş icra başçısı UNEC-in prorektoru təyin edildi -FOTO 2 Aprel 2020, 18:17 Mehriban Əliyeva: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!” 2 Aprel 2020, 18:11 Ronaldu Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi 2 Aprel 2020, 18:05 Bakıda 31 yaşlı kişi etil spirtindən öldü 2 Aprel 2020, 18:00 Goranboyda koronavirusa qarşı monitorinqlər davam etdir - FOTO 2 Aprel 2020, 17:55 Karantin dövründə kişilərdə qadınlaşma baş verəcək? - Psixoloqla MÜSAHİBƏ 2 Aprel 2020, 17:50 Azərbaycanda tələbə qəfildən vəfat etdi 2 Aprel 2020, 17:44 Sərhəddəki erməni təxribatına Rusiyadan REAKSİYA 2 Aprel 2020, 17:38 Məcburi köçkünlər üçün yeni binalar tikiləcək 2 Aprel 2020, 17:32 Daha bir ölkədə koronavirus qurbanlarının sayı 10 mini KEÇDİ 2 Aprel 2020, 17:26 Zəlzələdən sonra Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 evin tikintisi başa çatdırılıb 2 Aprel 2020, 17:20 Lerik rayonunda YAP könüllüləri tərəfindən nümunəvi addım... - FOTO   2 Aprel 2020, 17:15 Avropa İttifaqı ilə sazişin 90 faizdən çox hissəsi razılaşdırılıb 2 Aprel 2020, 17:10 UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq 2 Aprel 2020, 17:05 Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək 2 Aprel 2020, 17:00 “İnsanlar başa düşmür ki, artım olarsa, böyük faciə yaşanacaq” - Karantin xəstəxanasının həkimi ilə MÜSAHİBƏ 2 Aprel 2020, 16:55 ABŞ səfiri: “Qarabağa 17 milyon dollar yarıdm ayırmışıq” 2 Aprel 2020, 16:50 Milli Məclisin Aparatı və İşlər İdarəsi yenidən qurulacaq - SƏRƏNCAM 2 Aprel 2020, 16:44 İcra başçısı Aprel Şəhidlərinin məzarını ziyarət edib - FOTO 2 Aprel 2020, 16:38