15 mart 2020, 10:29 | Ana Səhifə - Yazılar - Koronavirus intizamı
Koronavirus intizamı

Fazil Mustafa

Ötən gün Milli Məclisdə iki vacib məsələyə toxundum Birincisi koronavirusla bağlı ən çox risq altında olan həkimlərin, tibbi xidmət personalının təhlükəsizliyi və sosial müdafiəsi ilə bağlı təcili addımların atılması barədə idi. Qeyd etdim ki, bu peşə sahibləri artıq 8 saatdan daha artıq vaxt üzərində gecə-gündüz fədakarlıq edirlər, onların xəstəliyə yoluxmaq risqi hamıdan daha artıqdır. İkincisi isə məktəblərdə on-line təhsillə bağlı təcili tədbirlərin görülməsi barədə idi. Burada da professor Ədalət Muradovun rektoru olduğu UNEC-i nümunə göstərərək qeyd etdim ki, bu universitet 20 min tələbəyə distant təhsil verməyə hazır olduğunu bəyan edib. Bu o deməkdir ki, indiyədək gələcəyin ekstremal situasiyasına hazırlaşa biliblər. Bütün məktəblərdə işə bu cür tələbkar yanaşılsaydı, təhsilin axsamasının da qarşısını ala bilərdik. Bu arada qeyd etdim ki, Təhsil Nazirliyinin də "Mədəniyyət" kanalı ilə təqdim olunan dərsləri, eləcə də elektron dərsləri də təqdir olunmalıdır. Çünki bütün mümkün vasitələrdən istifadə edərək təhsilə ara veriməsininin zərərlərini minimuma endirməliyik. Yaxın günlərdə "Koronovirus"la bağlı qanun da qəbul etməliyik, əhalinin narahatçılığına son vermək üçün hökumətin atdığı zəruri addımlar konkret qanunvericilik bazasına söykənməlidir. Bununla belə, yenə də insanlarımızın kritik vəziyyətlərdə davranışlarını seyr etmək çox üzücüdür. Əksər insanlar marketlərə doluşub təhlükəsizliyə məhəl qoymadan zənbilini qida məhsulları ilə doldurmaq yarışına girib. Xatırlayırsınızsa, 2012-ci ilin dekabr ayının 12-də Qədim Maya təqvimində qeyd olunmuş mülahizələrə görə dünya dağılacaqmış, qaranlıq hər tərəfi bürüyəcəkmiş, qara deşik bir az da genişlənib hər şeyi udacaqmış. Bunu eşidən insanlarımız dərhal axışdılar marketlərə və nə qədər şam varsa alıb yığdılar evə. Hamı şam ehtiyatı gördü, ancaq kimsə düşünmədi ki, dünya dağılan anda kibriti necə alışdıracaq ki, bu şamla evlərini işıqlandırsın. Dünya dağılmadı və indiyədək evlərdə tələb olunandan artıq şam stoku mövcuddur. Hələ bəzi din adamından da soruşurlar ki, bu ərəfədə insanlar nə etməlidirlər, cavablandırır ki, ilk öncə Allaha sığınmalı və ağıllla davranmalıdır. Nədənsə müsəlman dünyasında ağılla davranmaq deyəndə ancaq kütləvi ibadətlərdən, ziyarətlərdən çəkinmək nəzərdə tutulur. Qərb və Konfutsi dünyası isə ağılla davranmanı bu virusa qarşı peyvənd üzərində işləmək, vəziyyətdən çıxış üçün elmi təcrübələri genişləndirmək kimi anlayır. Bütün hallarda bu ümumdünya bəlasının yola verilməsi üçün Allah sığınmaqla yanaşı, ağlı işlədib təhlükəsizlik və gigiyena qaydalarına sərt şəkildə əməl etməklə yanaşı milli intizama əşhədü-zərurət var. Marketə də gedin, qidanızı da yığın, manatınızı da dollara dəyişin, ancaq bunları intizamı pozmadan, öz həyatınız üçün təhlükə yaratmadan edin. Fikrimcə bu koronovirusa qalıb gəlmənin tək yolu intizamdır.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu 24 İyul 2021, 00:02 Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı 23 İyul 2021, 23:48 Bugünkü imtahanda ən yüksək balı o topladı - FOTO 23 İyul 2021, 23:37 Tovuzda piyadanı vuran sürücü saxlanıldı 23 İyul 2021, 23:28 “Real”ın hücumçusu koronavirusa yoluxdu 23 İyul 2021, 23:13 Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO 23 İyul 2021, 22:59 Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu - FOTO 23 İyul 2021, 22:45 Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48