Modern.az

Adaya gətirilən 11 qoç fəlakətə səbəb oldu

Adaya gətirilən 11 qoç fəlakətə səbəb oldu

Dünya

Bu gün, 22:33

54 il əvvəl İspaniyanın Kanar adalarının ən böyüyü olan Tenerife adasına ovçuluğu inkişaf etdirmək məqsədilə gətirilən dağ keçiləri (muflon) ciddi ekoloji problemə çevrilib.

Modern.az xəbər verir ki, 1971-ci ildə adaya 11 muflon buraxılıb. Təbii yırtıcıların olmaması səbəbindən sürətlə çoxalan heyvanlar Teide Milli Parkının yüksək dağlıq ərazilərinə yayılıb.

Muflonlar adaya məxsus nadir bitki növlərini məhv edir. Xüsusilə yalnız Tenerifedə təbii şəraitdə rast gəlinən və nəsli kəsilmək təhlükəsi altında olan məşhur Teide bənövşəsi ciddi təhlükə ilə üzləşib.

Problemin digər tərəfi isə heyvanların torpağı tapdalayaraq eroziyanı sürətləndirməsidir. Bu, minilliklər ərzində formalaşmış ekosistemin tarazlığını pozur.

Muflonların erkəkləri 50-55 kiloqram çəkiyə çatır və iri, geriyə əyilmiş buynuzlara malik olur. Dişiləri isə daha kiçikdir və buynuzsuz olur. Heyvanların dözümlülüyü onların adanın yüksək dağlıq ərazilərinə asanlıqla uyğunlaşmasına imkan verib.

Ekoloji vəziyyətin pisləşməsi fonunda İspaniya hakimiyyəti muflonları invaziv yad növlər siyahısına daxil edib. Hazırda müxtəlif qurumlar onların sayını azaltmaq və adanın nadir florasını qorumaq üçün tədbirlər həyata keçirir.

Bu hadisə insan müdaxiləsinin gözlənilməz və ciddi ekoloji nəticələrə səbəb ola biləcəyinin nümunəsi kimi qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı