Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanlarla 13 ölkədəki fövqəladə və səlahiyyətli səfirlər, eləcə də beynəlxalq təşkilatlardakı nümayəndələr vəzifələrindən geri çağırılıblar.
Modern.az xəbər verir ki, geri çağırılan diplomatlar aşağıdakılardır:
Anahit Harutyunyan – Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı səfir vəzifəsindən;
Hovhannes Virabyan – Argentina, Çili və Perudakı səfir vəzifəsindən;
TiQran Mkrtçyan – Yunanıstan və Albaniyadakı səfir vəzifəsindən;
Tsovinar Hambardzumyan – Bolqarıstan və Şimali Makedoniyadakı səfir vəzifəsindən;
Arman Hakobyan – İsraildəki səfir vəzifəsindən;
Viktor Biyagov – Niderlanddakı səfir və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakı daimi nümayəndə vəzifəsindən;
Arman İsraelyan – NATO yanında Ermənistan nümayəndəliyinin rəhbəri vəzifəsindən.
Müvafiq fərmanlar bu gün imzalanıb.