Modern.az

İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsullarının sərgisilə tanış olub

İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsullarının sərgisilə tanış olub

6 Oktyabr 2009, 15:33

Oktaybrın 6-da Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Caspian Agro-2009” kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisi ilə tanış olub.
Dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının, habelə dünyanın nüfuzlu şirkətlərinin kənd təsərrüfatı texnikasına baxıb.
İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı Prezidentə məlumat verilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus, Suriya, İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti təmsil olunur.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Litva, İtaliya, Latviya, İsrail, Suriya və Belarusun milli pavilyonları, habelə quşçuluq, şərabçılıq, kənd təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir