20mart | Ana Səhifə - Yazılar - Dialoqa koronavirusçu baxış
Dialoqa koronavirusçu baxış

Fazil Mustafa

Avropanın qapısı bağlanıb. O boyda Amerikanın da! Kimsə kimsənin kitabını oxumur. Hətta qonşularımız İran, Rusiya və Gürcüstanla da qapılarımızı bir-birimizin üzünə bağlamışıq. Elə bir bəla gəlmiş ki, qardaş Türkiyənin də durumunu uzaqdan televiziya və internet şəbəkəsi vasitəsi ilə izləməyə məhkum olmuşuq. Qlobal dünya yenidən Ulus Dövlət qabığına doğru yığılmağa üz tutmaqdadır. Azərbaycan dövləti bütün qapıları, pəncərələri qapatmış ki, vətəndaşlarını təhlükəli virusdan xilas etsin. Bu virus da gələcəyini əvvəlcədən xəbərdar etməyib ki, bir il öncədən dövlətli, vətəndaşlı hamılıqla hazır olaq. Demək ki, bir-birimizin harayına bu məqamda ancaq Azərbaycan hüdudları içində yaşayan öz həmvətənlərimiz çata bilər. Hətta soydaş deyə bağrımıza basdığımız Təbrizə, Zəncana, Ərdəbilə, Borçalıya, Dərbəndə də mənəvi dəstək üçün boylanma imkanımız da ortadan qalxmış. O halda həmrəyliyin ən yüksək formasını tapmalıyıq ki, bir-birimizə güvənərək bu fəlakəti az itkilərlə yola verə bilək.

Belə bir məqamda ölkə prezidenti, həm də hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Novruz Bayramı ilə bağlı ölkə vətəndaşlarına yönələn təbrik çıxışında bir ay öncə başlatdığı dialoq çağırışını bir daha məqsədyönlü şəkildə xatırladırdı. Bilindiyi kimi, prezidentin bu sahəyə məsul təmsilçisi cənab Ədalət Vəliyev tərəfindən fevral ayının ortalarından başlayaraq istisnasız olaraq 55 siyasi partiyanın hamısına görüş üçün müraciət edilmişdi. Bu çağırışa əksər iqtidaryönlü və müxalifət partiyaları müsbət cavab vermiş, prezidentin təmsilçisi ilə görüşmüş, öz fikir və mülahizələrini bildirmiş, təkliflərini çatdırmışlar. Bu ilk növbədə gələcəkdə geniş formatlı dialoqun subyektlərinin dəqiqləşdirilməsi baxımından tanışlıq xarakteri daşıyan görüşlər idi. Prezidentin bu görüşlərdə təqdim olunan təkliflərə cavabı isə çox da geçikmədi: Milli Məclisin ilk iclasındaca indiyədək gerçəkləşməsi məqbul sayılmayan əhəmiyyətli bir hadisə ilə qarşılaşdıq. İndiyədək parlament idarəçiliyini müstəqil deputatlarla birlikdə həyata keçirən hakim Yeni Azərbaycan Partiyası öz sədrinin tövsiyəsi ilə idarəetmədə azlığın da təmsilçiliyinə yaşıl işıq yandırdı. Belə ki, azlıqda olan siyasi partiya təmsilçiləri Milli Məclisin sədr müavini, komitə sədri və komitə sədrinin müavinləri vəzifələrinə seçildilər. Artıq Azərbaycanın parlament tarixində partiya demokratiyasının inkişafı baxımından çox ciddi bir addımın atıldığını söyləmək olar. Bu həm də gələcəkdə bütün partiyaların inkişafı, onların siyasi sistemdə mövqelərinin güclənməsi üçün geniş imkanlar açır.

Bəs belə bir durumda, həm də ölkəmiz ciddi bir qlobal təhdidlə üzləşdiyi zamanda iqtidar tərəfindən reallaşdırılan dialoq mühitindən özünü kənarda tutan kimlərdir? Və arqumentləri nədir? Qeyd edək ki, “Müsavat” partiyası görüşə hazır olmasını, lakin görüş məkanı olaraq öz partiya qərargahlarının seçilməsinin məqsədəuyğunluğunu vurğulamaqla, inkarçı mövqe tutmadı. Fikrimcə burada görüş yerinin harada olması elə də böyük əhəmiyyət daşımır, əsas olan siyasi münasibətlərin sağlam məcraya salınmasına yönələn səmimi niyyətdir. Burada həmişə bütün siyasi prosesləri boykotçu mövqedən seyr edən AXCP və onunla eyni dünyagörüşü platformasını paylaşan Milli Şura adlanan qurum yenə də inkarçı mövqe nümayiş etdirməyə çalışdı. Əlbəttə, boykot etmək, inkarçılıq siyasi taktika forması kimi hər bir təşkilatın seçimidir və bundan hansısa siyasi divident götütrürlərsə, o halda bu addıma ən azı öz tərəfdarları məqbul yanaşa bilərlər. Lakin iqtidar tərəfindən dialoq sözü səslənən kimi, dərhal şərtlərini sıralamağa başlayan düşüncə sahiblərinin burada məqsədi heç də inkarçılıq deyildi, daha böyük imtiyaz tanınmaqla görüşə dəvət olunmaq idi. Yəni əsas ifadə etmək istədikləri şərt budur ki, iqtidar əsas, yaxud ana müxalifətin biz olduğunu elan etsin və yalnız bizimlə görüşsün. Həm də prezidentin təmsilçisi deyil, onun özü bizimlə görüşsün. Üstəlik də vurğuladılar ki, iqtidar düşdüyü çətin duruma görə bizə görüşmək üçün müraciət edib.

Əlbəttə, prezidentlə ölkədə siyasi spektri təmsil edən siyasi partiya rəhbərlərinin görüşməsi mümkün və normal bir haldır, lakin bu mərhələyə qədər ilkin təmaslar, görüşlər prezidentin təmsilçisi ilə aparılmalı, siyasi etiket qaydaları sabitləşməlidir ki, digər formatda münasibətlərin də yaranması mümkün olsun. Açığı əvvəllər iqtidar cinahının ərköyün kadrlarından biri olmuş bir xanım siyasətçinin Milli Şuranın təmsilçisi kimi özündən müştəbeh formada bu dialoq çağırışlarını siyasi partiyalardan ibarət kolxoz yaratmaq niyyətinə bənzətməsi, özlərinin belə bir kolxoza daxil olmayacaqlarını bəyan etməsi, ardınca isə görüş üçün şərtlərinin olmasını vurğulaması nə inkarçılıq, nə də görüşdən imtina sayıla bilərdi. Üstəlik də siyasi yetkinliyi yetərli səviyyədə olmayan bu xanım siyasətçi vurğulayır ki, bəs biz Milli Şura olaraq qərara almışıq ki, koronavirusun yayıldığı dövrdə kütləvi aksiyalar keçirməyək.

Görüntü olaraq bu jest pis alınmır, yəni demək istəyir ki, biz də ölkəmizin vətəndaşları ilə həmrəy olduğumuzu bu formada ifadə edirik. Ancaq sıralarında olan ağıllı insanlardan kimsə həmin xanımdan soruşmur ki, dünyada hansı müxalifət partiyası belə bir virusun dolaşdığı bir mühitdə öz tərəfdarları ilə aksiya keçirmək düşüncəsində ola bilər ki? Ümumiyyətlə, hansı axmaq insan həyatını risqə soxaraq belə bir aksiyada iştirak edə bilər? Hələ də anlamaq istəmirlər ki, elə bu aksiya keçirmək gücü var idisə, seçkilər dövründə və seçkilərdən sonra hanısasa əzəmətli bir aksiya keçirərdilər də! Aksiya keçirmək üçün seçkilərdən də ciddi siyasi hadisə olmayacaqdı ki?
Halbuki, dialoq üçün gözdən pərdə asmaqla süni şərtlər irəli sürən bu marjinal siyasi qrup koronavirus dövründə tənqid, yaxud da inkar etdikləri iqtidarın atdığı addımları dəstəklədiklərini bildirərək, öz təkliflərini təqdim etsəydilər, həqiqətən Azərbaycan cəmiyyətində itirilmiş nüfuzlarını müəyyən dərəcədə bərpa edə bilərdirlər. Bu həm də ölkədə iqtidar-müxalifət münasibətlərindəki gərginliyin azadılması istiqamətində olduqca faydalı bir addım olardı.

Yenə də qayıdıram prezidentin Novruz təbrikində vurğulanan dialoq çağırışı ilə bağlı məqama. Prezident haqlı olaraq deyir ki, biz güclü siyasi qüvvə kimi məsuliyyətimizi anlayaraq dialoq çağırışı etmişik. 5-ci kolonu təmsil edənlər isə dialoqdan imtina edirlər. Məhz bu ağır dövrdə dialoqdan, normal siyasi münasibətlərin qurulmasından imtina xəyanətdən başqa bir şey deyildir.

Həqiqətən də düşünməliyik. Təcrid olunmuşuq, öz başımızı qorumaq üçün həkimiz də özümüzdəndir, xəstəmiz də. Dövlət büdcəsindən bir milyard manat da koronavirusun sosial-iqtisadi həyatımıza vurduğu zərərin önlənməsi üçün ayrılır ki, sıxıntılarımızı minimuma endirə bilək. Burada ən böyük məsuliyyət məhz siyasi qüvvələrin üzərinə düşür. Hamımızın dövlətlə bir yerdə olması, bu bəlanın fəsadlarını minimuma endirmək üçün iqtidar-müxalifət münasibətlərinin sağlamlaşdırılması istiqamətində qarşılıqlı addımlar atmamız ölkəmizin taleyi üçün vacibdir.

Bu gün dialoq çağırışına qarşı inkarçı mövqe sərgiləmək əslində dialoqa koronavirisçu yanaşma deməkdir. ABŞ özünə qapanıb. Avropa Şurası da özünü dondurub. Avropa İnsan Hüquqları məhkəməsi də hüquqi xidmətinə tibbi maska geyindirib. Bizim yaşadığımız coğrafi məkanda yalnız Azərbaycanın dövlət avtoriteti Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatçısıdır. Anlamaq lazımdır ki, siyasi dialoq həm də ölkənin təhlükəsizliyi məsələsidir. Milli təhlükəsizliyimizin qarşısında 5-ci kolon içində yer almaqdansa, dövlətimizin və millətimizin maraqlarının qorunması üçün sıralamada beş mininci insan, yaxud 55-ci siyasi partiya olmaqdan da qürur duymağa dəyər.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17