Modern.az

Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkında

Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkında

Aktual

28 Sentyabr 2026, 11:47

27 sentyabr – Anım Günü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Agentliyin rəhbərliyi, struktur bölmələrin rəisləri və digər hərbi qulluqçular Zəfər Parkını ziyarət edərək Zəfər abidəsi önünə gül dəstələri qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramlarını ifadə ediblər.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır