Modern.az

Pakistanda 3 kişi azərbaycanlı qadını zorlayıb

Pakistanda 3 kişi azərbaycanlı qadını zorlayıb

Dünya

Bu gün, 12:04

Pakistanın Lahor şəhərində polis 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı ərizəsindən sonra cinayət işi açıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı üç şübhəlinin şəxsiyyətini müəyyənləşdirib və onların saxlanılması istiqamətində əməliyyat keçirir.

Polisin məlumatına görə, gənc qadın biznes məsələləri ilə bağlı təxminən iki həftə əvvəl Pakistana gəlib. Onun ərizəsində bildirilir ki, iki qadın onu kafeyə dəvət edib. Kafedə daha üç kişi də olub.

Daha sonra həmin şəxslər birlikdə bir mənzilə aparılıb. Zərərçəkmişin sözlərinə görə, burada ona tərkibində naməlum, şüuru zəiflədən maddə olduğu ehtimal edilən içki verilib. Bundan sonra üç kişi ona qarşı cinsi zorakılıq törədib.

Qadının ifadəsinə əsasən, zorakılıq gecə boyunca davam edib. Bundan sonra şübhəlilər onu hava limanının yaxınlığında qoyaraq ərazidən uzaqlaşıblar. Həmçinin qadının iki bahalı mobil telefonunun, o cümlədən “iPhone”un oğurlandığı bildirilir.

Cinayət işi Pakistan Cinayət Məcəlləsinin qrup şəklində zorlama və zəhərləyici və ya şüuru zəiflədən maddələrdən istifadə etməklə zərər yetirməyə görə məsuliyyət nəzərdə tutan maddələri üzrə Defence C polis bölməsində qeydə alınıb.

Polisin istintaq üzrə baş müfəttişinin müavini Sayed Zişan Raza bildirib ki, bütün şübhəlilərin şəxsiyyəti artıq müəyyən edilib.

Polis həmçinin cinayətin törədilməsində istifadə olunduğu ehtimal edilən avtomobili müsadirə edib.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri həyata keçirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?