Gülər Mikayıl qızı Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.
Yeni Azərbaycan Partiyasının üzvü idi.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu ildə dördüncü çağırış Milli Məclisə deputat seçilib. Məlum hadisələrdən sonra MSK onu deputat mandatından məhrum edib, YAP isə öz sıralarından çıxarıb.
2013-cü il 13 fevral tarixində məlum videomaterialla əlaqədar həbs olunub.
Evlidir, 3 oğlu var var.
Modern.az saytı 2009-cu ildə yayımladığı fotosöhbəti təkrar təqdim edir...
|
Lap kiçik vaxtlarımdı, anamın qucağındayam |
|
Burda mənim 1 yaşım var |
|
Şəkli mən birinci sinifdə oxuyanda çəkiblər. O zaman digər sinif yoldaşlarım kimi mən də oktyabryat nişanı taxmışdım |
|
10-cu sinifdə oxuyan vaxtlarımın şəklidi, yanımdakı da qardaşımdı |
|
Unudulmaz son zəng günü. O vaxtlar da məktəbli formasının üstünü yazıb yadigar saxlamaq ənənəsi vardı. Növbə ilə önlüyümüzə ürək sözlərini yazan sinif yoldaşım indi həyatda yoxdu, şəhid olub |
|
Orta məktəb illəri arxada qalıb, artıq tələbəyəm |
|
Qrup yoldaşlarımla birlikdə |
|
1984-cü il, bu da tələbəlik illərinin xatirəsidi |
|
1995-ci il. Pekin Ümumdünya Qadınlar Konfransına getmişdik. Foyedə Fatma Abdullazadə ilə xatirə şəkli çəkdirdik |
|
Respublika Uşaq Təşkilatının sədri kimi uşaqlar qarşısında çıxış edirəm |
|
Uşaqların bayramıdı, onların təkidi ilə mən də rəqs meydanına girməli oldum |
|
Yenə uşaqlarla bir yerdəyəm |
|
Bu mənim ən çox xoşladığım şəkillərimdəndir. Artıq Milli Məclisinin deputatıyam |
|
"Exson" şirkətinin dəstəyi ilə uşaqlar üçün bayram mərasimi təşkil etmişdik |
|
1 iyun Uşaqları beynəlxalq müdafiə günündə |
|
Bu da balacaların şənliyindən yadigar şəkildi |
|
Deputat həmkarlarımla Brüsselə-Avropa Birliyi əməkdaşlığı komitəsinin iclasına getmişik |
|
Budapeşt şəhəri. Bektaşinin məqbərəsi önündəyəm |
. |
Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov və parlamentin rənbərliyində təmsil olunan digər şəxslər qadın deputatları 8 Mart günü münasibətilə təbrik edirlər |
|
İkinci dəfə parlament seçkisi marafonuna qoşulmuşam |
|
Milli Məclisdə |
|
Bahar xanımla birlikdə |
|
Zorakılıq əleyhinə kampaniyanın milli koordinatoru kimi cıxış edirəm |
|
Həvva xanım, Bahar xanım və mən kefimizin kök vaxtında fürsəti qaçırmayıb bir şəkil də çəkdirdik |
|
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Məclisin spikeri Oqtay müəllim xanım millət vəkillərini qəbul edib |
|
"Kaktus" restoranında anam Səriyyə xanım və qardaşım Vüqarla toy mərasimindəyik |
|
Oğlanlarım Toğrul və Əkbər |