Modern.az

Bakıda mütəxəssis televizorun kanalını dəyişən arvadını vəhşicəsinə döydü

Bakıda mütəxəssis televizorun kanalını dəyişən arvadını vəhşicəsinə döydü

Hadisə

28 Sentyabr 2026, 23:48

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.

Dövlət qurumlarının birində mütəxəssis işləyən 49 yaşlı Firdovsi Muradov (şərti adla) yaşadıqları evdə arvadını əlləri və televizor pultu ilə döyərək, bir sıra xəsarətlər yetirib. Münaqişəyə səbəb isə qadının televizorun idarəetmə pultunu götürərək kanalı dəyişməsi olub. Bundan sonra tərəflər arasında sonu məlum zorakılıqla nəticələnən mübahisə başlayıb.

Faktla bağlı F. Muradov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkən qadın isə şikayət və tələbinin olmadığını bilirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və F. Muradov məsuliyyətdən azad olunub.

 

İlyas Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?