Modern.az

Fişəng zavodunda YANĞIN: 14 nəfər öldü

Fişəng zavodunda YANĞIN: 14 nəfər öldü

Dünya

29 Sentyabr 2026, 00:37

Rusiyanın Yaroslavl vilayətində zavodda yanğın olub.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Pereslavl-Zalesski yaxınlığındakı fişəng istehsalı müəssisəsində qeydə alınıb.

Yanğın nəticəsində 14 nəfər ölüb.

Hadisə yerinə təcili yardım qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Yanğın, işçilərin şam yeməyinə hazırlaşdığı vaxtda baş verib. Elektrik naqillərindən çıxan alov pirotexniki vasitələrə keçərək partlayışlara səbəb olub və yanğının daha da genişlənməsinə yol açıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır