24 May 2020, 11:18 | Ana Səhifə - Yazılar - Çinin sirri elə budur...
Çinin sirri elə budur...

Elçin Alıoğlu

Çini, ümumiyyətlə, tanımırıq. Stereotiplərimizə əsaslanaraq fikir yürüdürük. Tək biz yox - Çindən kənarda olan bütün insanlar.


Çinlə bağlı əsas sual belədi: "Bu ölkə və xalq nədən sürətlə inkişaf etdi? Onların həyat prinsipləri, yaşam qanunları nədir?"


Çini anlamaq üçün ilk əvvəl ölkənin adını bilmək gərək.


Özlərini "hua" adlandıran çinlilər ölkələrini inanclarından asılı olaraq "Çjunqo" ("Orta dövlət") və ya "Tyansya" ("Səmaaltı dövlət") adlandırırlar.


Çinliləri dərk etmək üçün bu kəlmələr kilid sözlərdir.


Çünki qarşınızdakı çinli ölkəsindən danışanda "Çjunqo" deyirsə - konfusiandır.


"Tyansya" kəlməsini söyləyirsə - Qərbdə "legizm" kimi tanınan "faszya" adlı fəlsəfi cərəyanın mənsubudur.


Qərbin intellektual ənənəsi qədim Elladada yazılmış azsaylı əsərlərə əsaslanırsa, Çində fəlsəfi düşüncə Bahar və Payız Dövrü ilə Döyüşən Səltənətlər dövründə qələmə alınmış mətnlərə söykənir.


Həmin dönəmlərinin Çinində xeyli maraqlı məqamlar vardı. Məsələn, daosizm və moizm kimi.


Çində yaşam tərzi üç dühanın əsərləri əsasında formalaşıb: Kon Fu Szı, Quan Çjun və Mo Szı.


Kon Fu Szı konfusianlığın, Quan Çjun legizmin, Mo Szı isə moizmin baniləridir.


Konfusianlıq ailə dəyərlərini və hökmdara sözsüz sayğını, legizm - hökmdarla məmurlara sonsuz itaəti, moizm isə qarşılıqlı sayğı və əxlaqlı davranışı təbliğ edir.


Bu üç cərəyan arasında amansız rəqabət, qarşıdurma və düşmənçilik olub həmişə.


Hər ideya dünyaya özbaşına gəlmir, yalnız əksi ilə müşayiətdə yaranır.


Konfusianlıq və ona qarşı reaksiya kimi yaranan legizm də belədir.


Nədir konfusian antropologiyası? İnsan, yəni Kon Fu Szıya görə, əsl insan sayıla biləcək yeganə insan bəşər olan çinli ("hua") mahiyyət etibarilə şəfqətli və səmimidir.


Şəfqətlidir, yəni "düzgün" davranmağa bioloji proqramlaşıdırılıb. O, valideynlərinə, rəhbərliyə, müdiriyyətə, dövlətə sonsuz sayğı bəsləyir, bunun borc olduğunu unutmur.


Konfusianlığın əsas və məhvər mətnlərindən olan "Şu Szin"də ("Tarix kitabı") bildirilir ki, ilk əvvəl çinlilər qanunlarsız yaşayır, anadangəlmə mənəviyyat və əxlaq prinsiplərinə arxalanırdılar.


Lakin "vəhşi, mənəviyyatı olmayan" myaoları ram edəndən sonra qanunların qəbuluna, icrasına nəzarət etmək üçün əyalət sisteminin tətbiqinə zərurət yarandı.


Legist antropologiyası isə konfusianlığın tam tərsidir.


Quan Çjun və onun varisi Şan Yan yazıblar ki, "insan murdar və ləyaqətsizdir".


Niyə murdardır? Çünki borcun tələblərinə uyğun olaraq rəhbərliyinə əmr və göstərişlərinə sözsüz, şərtsiz və şəksiz tabe olmur, yalnız öz mənafeyini dühünür. Bu da yolverilməzdir.


Sadə yazsam, konfusianlığın "insanda ilkin şəfqət və ləyaqət", yəni konformizm barədə nəzəriyyəsi legistlərin fikrincə, sarsaqlıq və səfsəfədir. Legistlər əmindirlər ki, bu abdal məsləhətlərə əməl edilərsə ölkədə xaos və anarxiya yaranar. İnsan dünyaya gələn ilk andan özünü düşündüyündən, onu ram etmək üçün daim əzmək, itaətdə saxlamaq gərəkdir.


"İnsanları şəfqətli fərdlər sayıb idarə etsən, ara qarışacaq və ölkə məhv olacaq. İnsanları özünü düşünən fərdlər sayıb idarə etsən, mütləq nümunəvi qayda olacaq və ölkə qüdrətə çatacaq", - "Şan əyalətinin hökmdarının kitabı"nda yazılıb.


Bu baxımdan legistlər əmindir ki, insanlar ən xırda qayda pozuntularına görə sərt cəzalansalar, qanunlara riayət artacaq, ağır cinayətlərin sayı azalacaq.


İlk baxışdan düşmən ideologiya və inanc təsiri bağışlasalar da, konfusianlıqla legizm antropologiyaları arasında Çində üzvi bağlılıq var.


Çində insan idealı artıq iki min ildir ki, belədir: "Uşaqlıqda sözəbaxan, valideynlərini dinləyən, yalnız bir tərəfdə gəzişhən, oxumağı sevən, dəcəl olmayan idi. Yeniyetməlik illərində iradəli idi, əmrləri və göstərişləri yerinə yetirirdi, verilən tərbiyəni əxz edirdi, tərbiyəsizlik etmirdi. Yetkinlik yaşına çatanda sayğılı davranırdı, yasaq fikirləri yoxdu,
yalnız dövlətə borc çərçivəsində fikirlərini dəyişdirdi, rəhbərlərin əmrlərini icra edirdi".


Çində qanunlara fanatik sitayiş, dövlət maraqlarının fərdi mənafedən üstün tutulması, "vətəndaş dövlət üçündür, dövlət vətəndaş üçün yox" fikrinin rəsmi ideologem olması, ifrat zəhmətkeşlik və elə o səviyyədə millətçilik, əmrlərə və qaydara riayətin adi hal sayılması - bütün bunların kökündə konfusianlıqla legizmin sintezindən yaranmış "hua şüuru" durur.


Çinin uğurlarının sirri elə budur... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01