Modern.az

Əhməd Obalı: “İran rejimi GünAz TV-nin Güney Azərbaycanda yayımına mane ola bilmir”

Əhməd Obalı: “İran rejimi GünAz TV-nin Güney Azərbaycanda yayımına mane ola bilmir”

9 Oktyabr 2009, 10:26

Modern.az-ın suallarını ABŞ-ın Çikaqo şəhərindən yayımlanan Güney Azərbaycan Televiziyasının rəhbəri Əhmər Obalı cavablandırır

- GünAZ TV yürütdüyü mücadilənin məqsədinə nə qədər yaxınlaşa bilib?

- Hələ altı il öncə Dünya Azərbaycanlıları Konqresindəki dostlarla qərara gəldik ki, Güney Azərbaycanda yaşayan millətimizin oyanması, xalqın gözünün açılması üçün ən yaxşı vasitə televiziya acmaqdır. 2005-ci ildə istəyimizi reallaşdırdıq.  Hesab edirəm məqsədimizə doğru əzmlə irəliləyirik.

- Televiziya özünə geniş auditoriya qazana bilibmi? - Bütün sutka boyu verilişlərimiz olur. Peyklə yayımlandığımız üçün Guney Azərbaycanda televiziyamıza çox adam baxır. Orada yaşayan soydaşlarımız İran kanallarını seyr etmirlər. İnsanlar səhərdən axşamacan dini propoqanda ilə məşğul olan, mollaları təbliğ edən İran kanallarından beziblər. Bildiyimə görə Quzey Azərbaycanda da bizim kanalı az adam izləmir. Kanalımız bütün Avropanı və Orta Şərqi də əhatə edir. Internetlə də yayım təçkil etdiyimizdən bütün dünya GünAz TV-ni izləyə bilir.

- Əhməd bəy, bildiyimiz qədər İran hökuməti xarici medianın ölkə ərazisində yayımlanmasına kəskin məhdudiyyətlər qoyub. Sizin proqramlarınızın Güney Azərbaycana yayımı bu məhdudiyyəti necə yarır?

- Iran hökumətinin GünAz TV-nin yayımının qarşısını alması mümkün deyil. Biz Telstardan yayımlanırıq. Bu, qərbə doğru peyk olduğu üçün yayıma məhdudiyyət qoymaları çətindir. Güneydə hamının peyk anteni var və bizə baxırlar.

- Güneydə yaşayan soydaşlarımız sizinlə əlaqə saxlaya bilirlərmi, öz dərdlərinin açıq bildirməkdən çəkinmirlər ki?

- Çətin də olsa əlaqə saxlayıya bilir, fikirlərini çatdırırlar. Bizim kanalın xeyli könüllü əməkdaşları elə Guney Azərbaycandadır. Onlar orada baş verən hadisələr barədə xəbələr şəkillər, videomateriallar hazırlayıb bizə göndərirlər. Hətta bəzən canlı bağlantılar belə qura bilirik.

- İranda keçirilən son seçkilərdən sonra yaranan qarmaqarışıqlıq hələ davam edir. Güneydəki azərbaycanlılarla bağlı son vəziyyət necədir?

- Biz İranda cərəyan edən prosesləri diqqətlə izləyirik. Təbii ki, Iran hakimiyyətinin zəifləməsi Güney Azərbaycandakı mili oyanışa müsbət təsir edir. Son seçkilərdən sonra İran rejiminin nüfuzuna həm beynəlxalq arenada, həm də daxildə ciddi zərbə dəydi.

Güney Azərbaycandakı soydaşlarımız Tehran hadisələrinə çox da qatılmadılar. Çünki oradakı soydaşlarımızın istəyi kiminsə prezidentliyə gəlməsilə məhdudlaşmır. Iranda mitinqlərə qadaga qoyulsa da, millətimiz yeri gəldikcə fürsətdən istifadə edib öz sözünü deyir. Onların “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi milli-mənəvi süarları hətta futbol meydanına oyunlara baxmağa gedəndə də səsləndirirlər. - GüAz TV Azərbaycan həqiqətlərinin dünyaya catdırılmasında hansı işlər görür?

- Biz  kanalımızın adını “Güney Azərbaycan Televiziyası” qoysaq da, bu, dünya azərbaycanlılarının tribunası sayılır. Bütöv Azərbaycanın milli mənafeyini öndə tuturuq. Bazar günləri qədim Azərbaycan yurdları-Borçalı və Dərbənd  barədə proqramlarımız yayımlanır.

Qarabag problemi,  Xocalı, 20 Yanvar soyqırımları haqqında Quzey Azərbaycandaki telekanallardan da çox verilişlər veririk. Xalqımızın milli-mənəvi düşüncələrini, mədəniyyəti, tarixi, dili barədə dünyanı məlumatlandırırıq.

- Neçə ölkədə büronuz fəaliyyət göstərir?

Bakı, Almaniya, Hollandiya, Kanada və ABŞ-ın Cikaqo şəhərində büromuz var. Bir neçə ölkə də isə könüllü təmsilçilərimiz fəaliyyət göstərir. Türkiyədə-Ankarada da büro açmaq istəyirik. Ancaq Türkiyə-İran münasibətlərinə xələl gəlməsin deyə, hakim AKP bizə qardaş ölkədə büro açmağa icazə vermir. Hələ ki orada təmsilçimiz fəaliyyət göstərir.

- Bakı büronuzi genişləndirmək planları varmı? - Artıq genişləndirmişik, GünAZ TV-nin Bakı bürosu ən aktiv büromuzdu. Calişərəq işini daha da genişləndirsin. Ancaq indiki durum məni qane edir.

- Siz həm də Dünya Azərbaycanlıları Koqresində təmsil olunursunuz. DAK nə vaxtadək ikiyə bölünmüş qurum kimi fəaliyyət göstərəcək? Birləşmənin bir yolu yoxdurmu? - Mən də hesab edirəm ki, diaspor işində milli mənafeyi əsas tutmalı, bir yerdə olmalıyıq. Bizim təmsil olunduğumuz Qulamrza Səbri Təbrizinin sədrlik etdiyi DAK o biri Dakla birləşmək üçün onlarla görüs kecirib üç məsələ üzərində dayandıq. Həmin prinsipləri digər DAK-ın sədri Sabir Rüstəmxanlıya təqdim etdik. O, bu prinsipləri əvvəlcə qəbul etmisdi. Sonra necə oldusa birləşmə baş tutmadı. Prinsiplərin əsası ondan ibarət idi ki, diaspor xaricdə fəaliyyət göstərməli, rəhbərlik də Azərbaycandan xaricdə oturmalıdır ki, beynəlxal qurumlarla işləyə bilsin. Bakıda hay-küy salmaq diaspor fəalliyyəti göstərmək demək deyil. Bizim diaspor erməni, yəhudi, yunan diasporundan çox zəifdir. Amma çalışmalıyıq güclü olaq. Ümid edirəm DAK gələcəkdə bütöv təşkilat kimi fəaliyyət göstərə biləcək. - GünAz TV öz işində hansısa yeniliklər nəzərdə tuturmu?

- Biz millətimizi  maarifləndirmək istiqamətində fəaliyyətimizi gücləndirəcəyik. GünAz TV açılmayana qədər Güney Azərbaycanda millətimiz Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi barədə bir o qədər məlumata malik deyildi. Iran rejimi istəmir ki, güneydəki millətimiz quzeydəki olaylardan xəbərdar olsun. Bizim vəzifəmiz dünya azərbaycanlılarını maarifləndirmək, parçalanmış milləti birliyə səsləmək, əlifbamızı, Ana dilimizi təbliğ etməkdir. Bu istiqamətdə mücadiləmizi yeni-yeni istiqamətlər üzrə davam etdirəcəyik.

Adəm

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu