14 İyul 2020, 15:33 | Ana Səhifə - Yazılar - Biz Qarabağa daha tez gedə bilərik: bir şərtlə ki...
Biz Qarabağa daha tez gedə bilərik: bir şərtlə ki...

Vüqar Tofiqli

Sergey Lavrov zəng edib Azərbaycanlı həmkarıyla danışıb. Nədən danışdıqları bəllidir. Danışıq barəsində geniş məlumat verilməsə də, məntiqlə düşünmək olar ki, S. Lavrov elə belə məsələyə görə zəng etməyib. Hiss olunur ki, S.Lavrov ermənilərin sayının azalmasından bərk narahatdır. Düşünür ki, Azərbaycan tərəfi döyüşü davam etdirsə ermənilər üçün çox pis ola bilər.

Hər halda erməni tərəfinin ciddi itkilərə məruz qalması göz önündədir.

Sözüm ondadır ki, bizim üçün Prezidentin “Hərbçilərimizin qisası alınıb” deməsi kifayətdir ki, vəziyyətin nə yerdə olduğu bilinsin. Bu məsələnin bir tərəfi.

Ancaq mən başa düşə bilmədim ki, Ağdam kimi şəhəri 27 ildir işğal altında saxlayan, şəhəri yerlə yeksən edib viran qoyan erməni niyə Tovuzun Ağdamına da qənim kəsilib. Təxminən eyni çoğrafi zona olmaqla yer adlarının da eyni olması erməniləri deyəsən qıcıqlandırır. Açığı Qara qayadan söz düşəndə elə bildim Ağdamın Qara qayasından söhbət gedir.

Ermənilərin ağdamlılara qarşı kin-küdurətinin hansı səbəbdən olduğu başa düşülən deyil. Çünki bizimkilər onlara həmişə bütün mənalarda “çörək” veriblər, onları heç vaxt ac qoymayıblar. Bu “çörəy”in qarşılığında belə addımın atılması hər halda bu xalqın “çörəyinin dizinin üstündə” olmasından xəbər verir.

Bir də ki, onların yaddaşlarında deyəsən 1992-1993-cü illər qalıb. Pərakəndəlik, ordudakı təcrübəsizlik, siyasi çaşqınlıq, ordunun texnki təchizatının sıfıra bərabər olması və sair. Erməni bu gün bilməlidir ki, Azərbaycan ordusu regionun aparıcı ordusudur. Onunla bu şəkildə, bu tonda danışmaq olmaz.

Bəli, itkimiz oldu. Nə edə bilərik, müharibə şəraitində yaşayırıq. Qəhrəman oğul yetişdirən valideynlərin danışıqlarına isə qürurlandım. Və  bir daha inandım ki, bu ordu ilə, bu gənclərlə biz Ağdama, Şuşaya, Kəlbəcərə və hətta Zəngəzuradək gedə bilərik.

Ancaq bəzilərimizin mənəviyyatını erməni xislətindən, xəbisliyindən təmizləsək, damarında erməni qanı axanlardan və  o cümlədən “yarımdığa”lardan qurtulsaq, düşünürəm ki, biz Qarabağa daha tez gedə bilərik.

Biz tək ordunu deyil, digər sahələri də “Səhl İbn Sumbat”lardan təmizləməliyik.

Azad yaşamaqla, dövlətimizi yaşatmaq istəyiriksə onda bu məqamları nəzərə almalıyıq. Mütləq...

ALLAH BÜTÜN ŞƏHIDLƏRIMIZƏ RƏHMƏT ELƏSIN, YARALANAN ƏSGƏRLƏRIMIZƏ ŞƏFA VERSIN. AMİN

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00 Milli Məclisin Aparat rəhbərliyi TƏLTİF EDİLDİ 23 İyun 2021, 08:54 ABŞ İranın 30-dan çox internet saytını blokladı 23 İyun 2021, 08:46 Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: Jak Şirak qudurub!” 23 İyun 2021, 08:39 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin ikinci mərhələsi başlayır  23 İyun 2021, 08:34 Bu gün daha bir qrup erməni terrorçunun məhkəməsi KEÇİRİLƏCƏK 23 İyun 2021, 08:25 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 00:58 Kürdəmirdə mübahisə ölümlə nəticələndi 23 İyun 2021, 00:43 Arayik Rusiya sülhməramlılarını və Yerevanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var! 23 İyun 2021, 00:34 Abşeronda 33 yaşlı kişi bıçaqlandı 23 İyun 2021, 00:22 UEFA-dan azarkeşlərlə bağlı yeni qərar 23 İyun 2021, 00:10 ABŞ İranın internet portallarını blokladı 22 İyun 2021, 23:57 Batmaqda olan 4 nəfər xilas edildi 22 İyun 2021, 23:42 Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır 22 İyun 2021, 23:29 ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldı 22 İyun 2021, 23:13 Yaponiyada vulkan püskürdü 22 İyun 2021, 23:07 Göygöldə yaşlı qadın özünü asdı 22 İyun 2021, 22:53 Xəzərdən meyiti tapılan şəxsin kimliyi bilindi - YENİLƏNİB 22 İyun 2021, 22:41 Teymur Rəcəbov bu dəfə 9-cu oldu 22 İyun 2021, 22:33 Bakıda süpürgəçi qadını maşın vurdu 22 İyun 2021, 22:22 BDU-nun müəllimi vəfat etdi - FOTO 22 İyun 2021, 22:08 AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı 22 İyun 2021, 21:59 "Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" - Baş katib 22 İyun 2021, 21:46
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?