Modern.az

TQDK abituriyentlərə xəbərdarlıq edir

TQDK abituriyentlərə xəbərdarlıq edir

Təhsil

10 Oktyabr 2009, 20:26

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarına salınacaq xarici dil fənni ilə bağlı abituriyentlərə xəbərdarlıq edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarında xarici dil fənni kimi I və II ixtisas qruplarında ingilis, alman, fransız , rus, III ixtisas qrupunda isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri nəzərdə tutulub. I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir