Modern.az

Starmer yaxın günlərdə istefa verə bilər

Starmer yaxın günlərdə istefa verə bilər

Dünya

20 İyun 2026, 00:45

Böyük Britaniyanın Baş naziri Kir Starmer həftəsonunda vəzifəsində qalıb-qalmamaqla bağlı qərar qəbul edəcək.

Modern.az xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Starmer ictimaiyyət qarşısında baş nazir postunda qalmaq istədiyini bildirsə də, yaxın ətrafı ilə söhbətlərində hakim Leyboristlər Partiyasının bir çox deputatının onun istefasını istədiyini etiraf edir.

Qəzet yazır ki, hökumət başçısı həyat yoldaşı Viktoriya Starmer və digər ailə üzvləri ilə məsləhətləşdikdən sonra həftəsonu istefa verib-verməyəcəyinə qərar verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?