Modern.az

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə

19 İyun 2026, 23:48

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin "AzDRES" və Yeni Həyat yaşayış məntəqələrinin, Tərəvəzçilik sovxozunun, eləcə də Naxçıvan, Muğan, Borçalı, A.Şaiq, Y.Mansurov, C.Əliyev, F.Əzimov, M.Mahmudov və Natəvan küçələrinin qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, məhdudiyyət qaz təsərrüfatında aparılan planlı hazırlıq və təmir işləri ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!