Bakıda, Dənizkənarı Milli Parkda batma təhlükəsində olan şəxs xilas edilib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2008-ci il təvəllüdlü Sadiq Elnur oğlu Nəsirli dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.