Modern.az

Azərbaycan yardım alan ölkədən donora çevirilib

Azərbaycan yardım alan ölkədən donora çevirilib

Ölkə

Bu gün, 00:55

Azərbaycan BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi ilə əməkdaşlıq və dövlət qurumları vasitəsilə göstərilən ikitərəfli yardım sayəsində qlobal humanitar səylərə fəal töhfə verir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev ECOSOC-un Humanitar Məsələlər Segmenti üzrə ümumi müzakirələr zamanı bildirib.

ECOSOC-un Humanitar Məsələlər Segmenti 17–19 iyun 2026-cı il tarixlərində Nyu-Yorkda BMT-nin Baş qərargahında keçirilib. Ümumi müzakirələr çərçivəsində Azərbaycan bəyanatla çıxış edərək qeyd edib ki, ECOSOC-un Humanitar Məsələlər Segmenti BMT-nin humanitar fəaliyyəti üzrə dialoqun inkişafı üçün mühüm platformadır.

Müstəqilliyin bərpasından bəri Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkəyə uğurla transformasiya etdiyi vurğulanaraq bildirilib ki, ölkənin üzləşdiyi post-münaqişə humanitar çağırışlar — xüsusilə qaçqınlar və məcburi köçkünlər, genişmiqyaslı dağıntılar, itkin düşmüş şəxslər və mina çirklənməsi ilə bağlı məsələlər — hələ də aktualdır və diqqət tələb edir.

Azərbaycan bir daha çoxşaxəli əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinin humanitar ehtiyacların qarşılanması üçün zəruri olduğunu qəti şəkildə təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!