17 Avqust 2020, 13:19 | Ana Səhifə - Yazılar - Yoxsa bizi yoluxma sayında aldadırlar?
Yoxsa bizi yoluxma sayında aldadırlar?

Vasif İsmayıl

Mitinqlər və nümayişlər koronavirus yayılmasına necə təsir edir? Hər mitinqdən sonra biz yoluxan insan sayındakı "partlayışı niyə görmürük"?


Budur artıq 8-ci aydır yeni bir virus bəlasının əlində girinc olmuşuq. Təkcə bizdə də deyil - bütün dünyada. Hamı tətbiq edilən təcrid qaydalarından təngə gəlib. Hər gün, hər dəqiqə kimsə təcrid siyasətinin gətirdiyi məhdudiyyətlərdən şikayət edir.


Və budur... Camaat tam təcrid qərarlarına əsasən evində oturmağa məcbur buraxılarkən ABŞ-da, Avropanın bir çox ölkəsində, eləcə də bizdə müxtəlif səbəblərdən mitinq və nümayişlər keçirildi və biz heç br "partlayış müşahidə etmirik".


Niyə? Yoxsa bizi aldadırlar?


Heç kəs sizi aldatmır. Virus var, yayılır və öldürür. Hələ də yayılır və hələ də öldürür.


Qısa epidemiloji izah. Yoluxucu xəstəliklərin əsas bir parametri var: Yayılma nisbəti, elmi adı ilə Reproduktiv indeks. Bu bir insanın yoluxdurduğu digər insanların sayıdır. Koronavirus pandemiyası başlayanda bu indeks ortalama 2.24 olaraq hesablanmışdı. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda bu rəqəm bir ara 6-ya qədər çıxdı, amma Almaniya aldığı tədbirlərlə bunu 0.6-ya qədər endirə bildi.


Deməli belə. Götürək ki, sizin 10 milyon əhaliniz var. Bunlardan 1000 nəfərdə virus olsun. Yəni hər 10 min adamdan birində. Virusun yayılma nisbəti də 3 olsun.


Əgər siz heç bir tədbir görməsəniz, 1 000 nəfər tezliklə 3 000 nəfər olacaq.


Əgər siz camaatı evə qapadıb 9 milyon insanın hərəkətini məhdudlaşdırsanız, geridə qalan 1 milyon insan artıq 300 yoluxmuş insan "istehsal" edəcək. Yəni yoluxma sayında 2 700 azalma əldə edirsiniz.


İndi bu 9 milyondan 20 000 nəfər mitinqə çıxsın. O zaman toplanmış insan arasında viruslu insan olma ehtimalı 2 nəfər olur. Bir mitinqdən neçə yeni yoluxmuş insan çıxacaq? Bəli, 6 nəfər.


Siz 2 700 azalma əldə edərkən 6 yeni viruslu insan çıxması o qədər də qorxulu deyil.


Bir ölkənin, şəhərin karantinə alınması milyonlara təsir edir və bu sizin gözünüzə görünmür. Amma bir meydana toplanmış 20 000 adam gözə batır. Səhvi burada edirik.


Siz vedrəni doldurarkən su şırnağı yaxşıdır və vedrədə iynə dəliyi boyda dəlik varsa, vedrəni yenə də doldura biləcəksiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34