23 Avqust 2020, 10:21 | Ana Səhifə - Yazılar - Qoşa qarıyın!
Qoşa qarıyın!

Mahir Qabiloğlu


- Əkbər! – ana son dəfə bircə bu adı deyə bildi. Kiçik oğlu Əjdərin, qızı Mayanın adını dilinə gətirməyə əcəl macal vermədi. Nəvələri, gəlinləri, kürəkəni başının üstündəydi. Ölüm faciə sayılsa da Səlimə ana bu həyatdan xoşbəxt köçmüşdü.

Bacısı tez ayağa durub Səlimənin gözlərini qapatdı. Baş örpəyini açıb, sarğı kimi bürmələyərək ortasını çənəsinin altından keçirərək hər iki ucunu  təpəsində  düyünlədi. Nəvə-nəticə də məəttəl-məəttəl bu mənzərəni seyr edirdilər. Sanki nənələrinin dişi ağrıyırmış, bacısı da ağrıyan yerə  kompres qoyur. Sonda isə mələfəylə nənənin üzünü örtdülər. Gecə saat on iki idi. Əkbərlə Əjdər özlərini itirmişdilər. Bilmirdilər nə etsinlər. Hardan başlasınlar. Ataları öləndə evin böyük oğlu Əkbərin beş yaşı vardı. Yuxu kimi gəlirdi yadına. Dayıları, əmiləri sağ idi. Amma indi evin ağsaqqalı o sayılırdı.

- Ay bala, – sükutu xalası Səlimənin səsi pozdu, – dur “skorı”ya zəng elə. Gəlib kağız versinlər. Sonra ölüm kağızı ala biləsən.

  • - Sonra, xala? – deyə Əkbər cavab verdi.
  • - Dur birinci bunu elə. Səhərə hələ çox var.

Əkbər xalası deyən kimi elədi. Təcili Tibbi Yardım özünü tez yetirdi. Sanki köməyə ehtiyacı olan biri can verirdi. 80 yaşlı ananın meyitini müayinə etdi. Müayinə deyəndə ki, gözünün qapağını açıb  bəbəyinə baxdı. Fonendoskopla ürəyinə qulaq asdı.

  • - Allah rəhmət eləsin, – deyib həkim stolun arxasında əyləşdi, – Çoxdan xəstə yatırdı?
  • - Üç il idi, – deyə Əkbər cavab verdi.
  • - Axır qəminiz olsun.
  • - Sağ olun. Ölənləriniz rəhmətlik.

Həkim balaca arayış blankını doldurub stolun üstünə qoydu.

  • - Bunu qeydiyyatda olduğunuz poliklinikaya verərsiniz. Onlar da sizə xüsusi forma kağız verəcəklər. Onu ZAQS-a verib “Ölüm haqqında şəhadətnamə” alarsınız.
  • - Hara? ZAQS-a? Toydur ki? – Əkbər qeyri-iradi gülümsədi.
  • - Neyləyək, həyatın qanunları da belədir, dövlət qanunlarımız da... Doğulanda da ora gedirik, öləndə də... nikah da onlar kəsilir, boşayanda da ZAQS boşayır. Hə, yadımdan çıxdı. Poliklinikadan aldığınız kağız sizə həm də qəbiristanlıqda lazım olacaq. Qəbir yerini onsuz vermirlər.

      Təcili yardımın həkimi məsləhətlərini verib getdi.

  • - Səlimə xala, bəs sonra? – deyə evin böyüyü Əkbər yenə də dilləndi.
  • - Səhər işimiz çoxdur. Gəlin vəzifələrinizi bölüşdürüm. Sən Əkbər tezdən arayışı götür get poliklinikaya. Xüsusi forma arayışı al, get qəbiristanlığa. Qəbir yeri tapmaq, qazdırmaq işiylə sən məşğul ol. Elə et ki, günorta 3-ə çatdırasan. Əjdərlə qohum-qonşu, mən ananı apararıq məscidə. Yuduzdurub-kəfənləyib gətirərik evə. Əjdər, şəxsiyyət vəsiqən yanında olsun. Yoxsa mafayla, tabutu elə-belə verməyəcəklər. Gərək girov qoyasan. Ölü maşınını da orda tutarıq.
  • - Xala, yüksək səviyyəli olsun. Necə olsa el baxır. Deməsinlər ki, oğlanları analarını pis götürdülər yerdən. Pul var, – deyə Əkbərin gözündə yaş gilələndi.

Əkbər imkanlı adam idi. Ona görə bütün xərci üzərinə götürdü. Xalasına, qardaşı Əjdərə pul verdi ki, hər şeyi – çadır qurmaq, çay-halva  məsələlərini o gələnəcən təşkil eləsinlər.

Səhər ilk növbədə poliklinikaya gedib kağızı aldı. Oradan bir molla dostunun yanına getdi. Onu da maşına mindirib qəbiristanlığa yollandı. Saat 3-ə özünü həyətə çatdırdı. Xalası, qardaşı, qohum-qonşu hər şeyi təşkil eləmişdi. Başsağlıqlarını qəbul etdi. Xalası ona yaxınlaşdı:

  • - Qəbiri qazdırdın?
  • - Hə.
  • - Harda?
  • - Köhnə qəbiristanlıqda.
  • - Orda yer var idi ki?
  • - Tapdım.

Xalası day bir söz demədi.  Tabutu binanın həyətinə endirdilər. Ölü namazı qıldılar. Mafanı çiyinlərinə alıb həyətdən çıxdılar. Bir az çiyinlərində apardıqdan sonra qara ölü maşınına qoydular. Qayda-qanunlara rəğmən xala  ölü maşınına oturdu. Bacısını tək buraxmadı.

Maşın karvanı qəbiristanlığa çatdı. Köhnə qəbirlərin arasıyla güclə irəliləyərək tabutu qazılan qəbrin yanında qoydular.

  • - Əkbər, ay Əkbər, – deyə xala dilləndi, – Bəs atanın qəbri hanı?
  • - Narahat olma, xala, mollayla danışdım. Dedi ki, kişi çoxdan ölüb. Yanaşı basdıra bilərsiniz.
  • - Yəni, belə imkansızsan ki, təzə qəbir yeri ala bilmədin? Bəs mən öləndə harda basdıracaqsan?
  • - Xala, bəsdir də... Böyüklərdən bircə sən qalmısan. İmkan vermərəm öləsən.
  • - Əkbər, qəbrə sən düşəcəksən? – deyə molla soruşdu.

Əkbər ayaqqabılarını çıxarıb ehtiyatla qəbrə endi.  Atasının skeletə dönmüş meyitini sola tərəf sürüşdürmüşdülər. Əkbər kənardakıların eşitməyəcəyi tərzdə atasının skletiylə danışmağa başladı:

- Papa, salam. Necəsən? Onda mən balacaydım. Yəqin tanımadın. Əkbərəm də... ilkin Əkbər. Əjdərlə Maya da burdadır. “Xeyir ola?” Xeyirdir. Mamanı gətirmişəm. ZAQS-dan kağızım da var. Azca kənara çəkil ona da yer olsun. Bax belə. Hə, bax, bu da anam. “Ağ geyinib?”, “Nə gözəl yaraşır?” Duvağını özün açarsan. Deyəsən toyun yadına düşdü. Bəs necə olmalıydı ki, hələ gül də almışam. Şam da yandıracağıq.

  • - Əkbər, sağ çiynini tərpət, – deyə molla dilləndi.
  • - Mama, ay mama, oyan, papadır e, – deyə Əkbər anasının çiynini tərpədə-tərpədə danışmağa başladı. Həmişə deyirdin “nə vaxt onu görəcəyəm”. Bizi tək böyütdün, əlimizi çörəyə çatdırdın, evləndirdin, ev-eşik sahibi etdin. Mən də dedim ki, o dünyada tək qalmayasan. Gətirdim səni bura – onun yanına. Çox əziyyət çəkmisən. İndi də baş-başa verib rahat yatın. Əsl xoşbəxt günləriniz bundan sonra başlayır. Bundan sonra ancaq özünüzçün yaşayın. Bizimçün narahat olmayın. Başdaşına da toy şəklinizi vuracağam. Bax, vuruşmayın a... Mehriban olun. Mən getdim. Molla deyir ki, çıx. “Hava soyuqdur?” İndi üstünüzü örtəcəm. Heç soyuq olmayacaq. Yaxşı mən getdim. Xoşbəxt olun, qoşa qarıyın.

Əkbər, qardaşının köməkliyi ilə məzardan çıxır. Corablarını altını əliylə çırpıb ayaqqabılarını geyinir. Gülləri götürüb qəbrin üstünü bəzəyir. Şam yandırır. Xalası ona yaxınlaşıb çiynini qucaqlayır:

  • - Əkbər, nə olar, məni də kişimin yanında basdırarsan. Yaxşı?
  • - Vuruşmayacaqsınız?
  • - Vallah, söz verirəm.
  • - Başüstə, xala, başüstə.

Molla da son duasını deyir. Quşbaşı qar yağmağa başlayır. Məzarın üzərinə sanki ağ gül ləçəkləri səpilir.

  • - Əkbər, bu nədir? – deyə xalası soruşur.
  • - Mələklər göydən ağ gül ləçəkləri səpir. Toylarda görməmisən? Mələk paltarı geyinmiş balaca qızlar pilləkanın üstündə dayanıb cütlüklərin başına ləçəklər səpirlər. Papamla mamamın da ləcəyini göydəki mələklər səpir.
  • - Hə, yadıma düşdü.
  • - Ay xala, bacın o dünyaya gəlin köçür. Bəs xeyir-duan harda qaldı?
  • - Allah, xoşbəxt eləsin. Qoşa qarısınlar. Allah mənə də qismət eləsin.
MÜƏLLİFİN DİGƏR YAZILARI
ÜST koronavirusla bağlı son statistikanı açıqladı 8 mart 2021, 01:00 Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı 8 mart 2021, 00:48 Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO 8 mart 2021, 00:39 Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO 8 mart 2021, 00:25 Daha bir qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir 8 mart 2021, 00:12 Bu gün qadınlar bayramıdır 8 mart 2021, 00:00 Hücuma hazırlaşan PKK-çılar məhv edildi 7 mart 2021, 23:54 Roma Papasından qadınlarla bağlı çağırış 7 mart 2021, 23:42 Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurdu 7 mart 2021, 23:27 Milyarder deputat helikopter qəzasında öldü 7 mart 2021, 23:14 İlham Əliyevdən 8 Mart paylaşımı - FOTO 7 mart 2021, 23:00 Prezidentin ayaqqabısı narazılığa səbəb oldu – FOTO 7 mart 2021, 22:56 Mançester derbisinin qalibi məlum oldu 7 mart 2021, 22:42 Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi 7 mart 2021, 22:28 “Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38