9 Sentyabr 2020, 13:26 | Ana Səhifə - Yazılar - Fətəli xan, Roma Papası və illüminatlar...
Fətəli xan, Roma Papası və illüminatlar...

Elçin Alıoğlu


Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar. Onların arasında qəribə, hətta bir qədər mistik əlaqə vardı.

Bu əlaqənin səbəbkarları da illüminatlardı ki, Azərbaycana da sirayət etməyə çalışmışdılar.

Bəşər övladı mağarada ilk tonqalı yaradandan bəri tarix boyu iki məqam dəyişməz qalıb: yeməkdən sonra yaxşıca dincəlmək istəyi və insanların həyatlarını idarə edən mistika ilə gizli, müəmmalı və qüdrətli şəxslərlə dəstələrin varlığına sarsılmaz inam.

İnsanların əksəriyyəti baş verən hadisələri məntiqlə izah etmək istəmir. Mütləq nə isə mistik, mübhəm, sirli, anlaşılmayan, təsir və idarə edə bilməyəcəyimiz məqam olmalıdı.

Lap qədimlərdə onlar Amon, Zevs, Odin, Hörmüz idilərsə, sonra dinlər yarandı, daha sonra masonlar, illüminatlar, tamplierler, həşəşinlər və s.

Belə ordenlərin və sektaların haqqında konspirologiya nəzəriyyələrindən vəcdlə danışanlar, yazanlar total əksəriyyət halında "araşdırma mövzu"sundan tam bixəbər olurlar.

... Amerikalı yazıçı Den Braunun "Angels and Demons" romanını yəqin çoxlarınız oxuyub.

Həmin əsərin qayəsi illüminatlar ordeninin məkrli, çirkin məqsədlərinin qarşısının alınmasından ibarətdir.

Triller janrında əsərdir və sözün açığı, onu oxumağıma sərf etdiyim zamanıma heyfim gəldi.

Çünki əsərdə Harvard Universitetində çalışan dini simvolika professoru Robert Lenqdon illüminatlar ordeninin küldən doğularaq yenidən fəallaşdığını anlayır və dünyanı məhv edəcək antimaddəni arayır.

Əsərdə dahi italyan heykəltaraş Berninin də illüminat olduğu vurğulanır.

Və bu, tam absurddur.

Çünki 1680-ci ildə, 81 yaşında vəfat etmiş Covanni Lorensi Bernini şeç bir halda onun ölümündən təxminən 90 il sonra yaradılan dini sektanın üzvü ola bilməzdi.

Bu, belə.

Gələk illüminatlara.

Konspirologiya nəzəriyyələrində və "ciddi araşdırmalar"da illüminatlar az qala dünyanın idarə edən sirli, mistik orden, gizli dini-ezoterik təşkilati kimi təqdim olunur.

Əsla belə deyil.

Simvolları kitab üzərində oturmuş Minerva bayquşu olan illümantların maraqlı, amma fərqli tarixi var.

İlüminatların insanları tam nəzarətə almağa çalışaraq fenomenal elmi və maliyyə resurslarına malik qüdrətli insanlar kimi təqdimatı əslində indi başlamayıb.

1797-ci ildə fransız katolik keşiş Oqüsten de Barüel "Mémoires pour servir à l’Histoire du Jacobinisme" ("Yakobinliyin tarixi barədə qekydlər") adlı kitab yazmışdı. Həmin kitabda güya illüminatların çoxsaylı gizli qruplara və təşkilatlara rəhbərlik etməsi, məhz onların Böyük Fransız İnqilabını hazırladıqları vurğulanırdı. De Barüel yazırdı ki, illüminatların əsas məqsədləri xristianlığı, bütün dinləri, dövlətləri və cəmiyyətləri məhv etməkdir.

İllüminatlarla sıx əlaqələrdə olmaqda rozenkreyserlər, tampliyerlər və yakobinçilər də suçlanmışdılar.

Az sonra sabiq şotland mason, Edinburq Universitetinin təbiət fəlsəfəsi professoru Con Robinsonun "Proofs of a Conspiracy Against all the Religions and Governments of Europe" ("Avropadakı bütün dinlərə və dinlərə qarşı gizli qəsdin sübutları") kitabı dərc olunur.

Həmin əsərdə de Barüeldən gen-bol iqtibaslar gətirən Robinson da illüminatların məqsədinin bütün dinləri məhv edərək onları humanizmlə əvəzləmək və yeni dünya düzəni qurmaq olduğunu yazmışdı.

Məşhur amerikalı tarixçi Ceyms Billinqtonun "Fire in the Minds of Men» ("İnsanların şüurlarındakı alov") əsərində də illüminatlara qarşı eyni ittihamlar irəli sürülür.

İllüminatlar sözünün kökü latın dilindəki "illuminatus", yəni işıqlı, nurlu, ziyalı sözündəndir ki, sonradan alman dilində "Illuminatenorden" olmuşdu.

Bavariya, 28 min kilsənin olduğu məkan, Müqəddəs Roma İmperiyasının bir hissəsi. Hüquq professoru Adam Veyshaupt burada, İnqolştatd şəhərində 1776-cı ilin mayın 1-də "İllüminatlar" sektası yaradır. Qatı və fanatik deizm tərəfdarı olan Veyshauptun məqsədi deizmi, habelə Avropa maariflənməsi dövrünün ideyalarını yaymaqdı. Onun özü sektasını "Kamilləşənlər" (Perfektibilisten) adlandırırdı.

Professor bütün çıxışlarında söyləyirdi ki, illüminatların iki əsas hədəfi var:

1. Bəşər övladının kamilləşməsi

2. Yeni Yerusəlim inşa etmək yolu ilə bəşəriyyətdə humanizmin bərqərar olması.

Sonra illüminatlar arasında parçalanma başlandı, Bavariya kürfüstü Karl Teodor 1785-ci ildə sektanı yasaqladı. "Spartak" ləqəbli Adam Veyshaupt isə Türingiyada, sürgündə öldü.

İllüminatların "ata"sının varisi isə İnqvas fon Rixtqofen idi. O, illüminatlar ierarxiyasında "fizika keşişi" idi, yəni 12 pilləlik "yol"un 9-cu piləlsində idi.

Rixtqofen bəyan edirdi ki, insanın mahiyyəti anadangəlmə pis deyil: onu ətraf mühit, o cümlədən din, dövlət, kənar təsirlər dəyişir.
"İnsan sosial institutların təzyiqindən qurtularsa, yalnız bilik və soyuqanlı davranışa üstünlük verərsə əxlaqla mənəviyyat problemləri öz-özünə həll olunacaq", - fon Rixtqofen yazırdı.

Eyni zamanda o, 1777-ci ildə Münhen mason lojasına qatılmış Veyshauptdan fərqli olaraq, masonlarla sıx əlaqənin tam əleyhinə idi.

İllüminatların digər ideoloqu baron Adolf Franz Fridrix Lüdviq Freyer Knigge onu dəstəkləsə də, 1782-ci ildə Vilhelmsbad şəhərindəki toplantıda parçalanma baş verdi.

Veyshauptla fon Kniqqenin təbliğatı və fəaliyyətləri sayəsində onlarla mason illüminatlara qoşuldu.

İllüminatların sektasını Veyshaupt və onun 12 əlaltısından ibarət "areopaq" idarə edirdi. Sektaya ilk qoşulan əvvəlcə "rahib" (neofit, noviss), 2 il sonra "minerval", 5 il sonra isə "kamilləşmiş minerval" olurdu.

2 mindən artıq üzvü olan bu sektanın mənsubları arsında İohann Volfqanq Höte və İohann fon Gerder də vardılar.

Roma Katolik Kilsəsi rəsmən illüminatları təqib edirdi və bu sektaya qarşı 4 fərman vermişdi. Roma Papası 6-cı Piy də illüminatları "yaramazlar" adlandırmışdı.

Amma...

1786-cı ildə ən nüfuzlu illüminatlardan biri sayılan Ksaveri fon Svakın evində axtarış aparılır. Orada illüminatların sektası (ordeni) ilə bağlı çoxsaylı kitablar, ən başlıcası isə sənədlər və yazışmalar tapılır.

Sənədlərdən biri bizimçün maraqlı sayıla bilər.

Belə ki, 1781-ci ildə, Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlunun Nuxa qalasına yürüşündən az əvvəl onunla Bavariya illüminatlarının nümayəndəsinin görüşdüyü iddia edilir. Özü də görüşün roma papası 6-cı Piy, yəni qraf Canancelo Braskinin göstərişi ilə gerçəkləşdirildiyi vurğulanır.

Papanın istəyim və "xahişi" ilə iki illüminatın Münhendən uzaq Qubaya yollanmaları, orada Fətəli xanla görüşmələri rəsmən Quba xanlığının Vatikanda nümayəndəliyinin yaradılmasının müzakirəsi idi.

Gerçəkdə isə illüminatlar Papanın göstərişi ilə Azərbaycanda missionerlik fəaliyyətinin mümkünlüyünü, bunun üçün münbit zəminin olub-olmadığını araşdırmalı idilər.

Missiya uğursuzluqla nəticələnmiş, illüminatlar Münhenə pərişan dönmüşdülər.

Vatikan isə sakitləşmək niyyətində deyildi: "Müqəddəs Taxt" müsəlmanlar arasında katolikliyi yaymaq, bu da alınmasa müsəlman hökmdarlara effektiv təsir vasitələri əldə etmək üçün yeni planlar hazırlayacaqdı.

Bu planlar və əməliyyatlar çox olacaqdı ki, onlar da ayrı söhbətin mövzusudur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34