Modern.az

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

12 Oktyabr 2009, 17:48

Türkiyə mətbuatının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də azərbaycanlı deputatların təmsil olunduğu nümayəndə heyətini qəbul edəcək. Nümayəndə heyətinə Milli Məclin üzvləri  Fəzail Ağamalı, Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva və Gültəkin Hacıbəyli daxildir. 
F.Ağamalı APA-ya açıqlamasında Türkiyəyə səfərin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasıyla bağlı olduğunu söyləyib: “Biz həm iqtidar, həm də müxalifətdən olan şəxslərlə görüşüb bir daha bəyan edəcəyik ki, Qafqazda sülhün bərqərar olması Azərbaycanın ərazi bütövlüyündən keçir. Dağlıq Qarabağ problemi həll olunmadan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasını düzgün hesab etmirik. Bu, nəinki problemi həll edəcək, əksinə münaqişənin nizamlanmasına mənfi təsir göstərəcək”. 


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir