10 Noyabr 2020, 11:16 | Ana Səhifə - Yazılar - Düşmənin vayına oturduq
Düşmənin vayına oturduq

Qəzənfər Həmidoğlu


Ermənilərin indiki vayı, faciəsi "toy"la - 1992-ci il mayın 8-dən 9-a keçən gecə Şuşanın işğalı ilə başladı. İşğalçılar şəhərə hücum əməliyyatına həyasızcasına «dağlarda toy» məxfi adı vermişdilər. Məhz həmin gün başlarını bəlaya soxdular...


Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə baş tutsa da, ermənilər xam xəyallara, cüzi imkanlarla fantastik iddialara düşdülər və özlərini "komandos-millət" saydılar.


Ermənilər uydurduqları bu nağıla da illərlə əbləhcəsinə inandılar ki, Şuşa "hayların çıxış nöqtəsi" olacaq və buradan yüksəlişləri başlayacaq. Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalı onları tamamilə reallıqdan uzaqlaşdırdı - regionda özlərini təcrid yolunu seçdilər. Beləcə, əbləh başlar XXI əsri Ermənistan üçün perspektivsiz etdilər.


Çünki Qarabağ və Şuşa ermənilərin başı üstündən asılmış Domokol qılıncı idi. Ancaq görmədilər, anlamadılar.


Birinci Qarabağ Müharibəsindən 27-30 il keçsə də, Azərbaycanda kimsə ağlından Qarabağ və Şuşanı çıxarmadı.


Və qayıtdıq, bayrağımızı Şuşaya sancdıq.


Sentyabrın 27-dən keçən 44 günün hər birində işğalçı əzildi, diz çökdürüldü. Məhşər günlərini yaşadılar. Noyabrın 8-də Şuşaya qayıtmağımız onları sındırdı. Ermənilər uduzdular, yarımcan oldular. Bitmədi.


Noyabrın 9-dan 10-na keçən gecə Paşinyanın imzaladığı kapitulyasiya sadəcə təslim bayrağı qaldırmaq və Azərbaycanın Zəfərini təsbit etmək deyildi. Sarsılmış düşmən mənliyini, gəlmişini-keçmişini ayaqlar altına sərdi.


Bizim Qələbəmiz onların vayına çevrildi. Biz gələcəyə yol aldıq, ermənilər keçmişə gömüldü. İrəvan çökdü, dünən gecə baş verən iğtişaşlar çarəsizliyin nəticəsi idi. Düşdükləri bataqlıqda çırpındıqca özlərini daha çox batıracaqlar...


45 gün əvvəl əlimizdə-ovcumuzda heç nə yox idi. 44 gün sonra gör nələr qazandıq: 7 rayon, Şuşa, Naxçıvana tarixi dəhliz, status vermədik, rus sülhməramlıları əvəzində Türk qoşunlarının regiona yolu açıldı, qürurlandıq, Azərbaycana yeni, bambaşqa nəfəs gəldi.


44 günlük Vətən Müharibəsindəki Qələbəmiz mübarək olsun! Ali Baş Komandanın siyasi iradə və qətiyyəti, tarixi şəraiti və şərtlər zəminini müdrikcəsinə qiymətləndirməsi, mahir komandanlığı və diplomatiyası, Müzəffər Ordumuz, canlarını Vətən üçün fəda edən şəhidlərimiz, yaralansa da geri durmayan əsgərlərimiz, qazilərimiz bizləri tariximizin misilsiz Zəfərə yetişdirdilər.

MÜƏLLİFİN DİGƏR YAZILARI
İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35 ABŞ dünya ölkələrinə 500 milyon doz "Pfizer" paylayacaq 19 Sentyabr 2021, 12:28 Tehran: "Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" 19 Sentyabr 2021, 12:20
SORĞU Hansı vaksinə etibar edirsiniz?