19 Avqust 2016, 12:51 | Ana Səhifə - Yazılar - “Centlmenlər”
“Centlmenlər”

Hidayət ELVÜSAL


Onlar bizə oxşamırlar. Səliqəli, ehtiyatlı, vəzifəli adamlardır. Özlərindən də həmişə ətir qoxusu gəlir. Əllərini şalvar ciblərinə yox, pencək ciblərinə salarlar. Kabinetin ortasına qədər gəlib səni qarşılar, sonra çay gətizdirər, elə danışar ki, eləyəcəyin şikayəti, xahişi dilinə gətirə bilməzsən. Onlar adətən gülümsəyirlər. Tez-tez görünmədiyin üçün səni danlayırlar.

“Centlmenlərin” üzünü cırmaqlasan da sənə güldən ağır bir söz deməzlər. Yüngülcə məsləhət verərlər: “Sizi başa düşürəm, əsəbləriniz yerində deyil. Gedin, istirahət edin və imkan tapanda gəlin əməlli-başlı danışaq”. Bayıra çıxan kimi iki-üç qoluzorlu səni əzişdirər, söyüb biabır eləyər. Çünki onlar centlmen deyillər, şilləvurandılar. Sən də düşərsən xəstəxanaya və “centlmen”in dediyi vaxtda onun yanına gələ bilməzsən. Hər şey bununla bitər, qurtarar.

Əsl centlmenlər dedikləri sözün üstündə dururlar. Məsələn, günlərin birində gecə vaxtı bir centlmen dul qadının qapısını döyür:

- İcazə verin sizdə gecələyim. Maşınım xarab olub, hava da soyuq.

- Nə danışırsınız? Mən sizi tanımıram. Özüm də təkəm.

- Narahat olmayın, mən centlmenəm!

Qadın onu içəri buraxır. Süfrə açır. Yeyib-içirlər. Hətta o centlmeni rəqsə dəvət eləyir, boynunu qucaqlayır, ayıb olmasın, öpür də. Sonra yanaşı çarpayılarda yer salır. Yatırlar. Centlmen o saat yuxuya gedir, xanım isə ha öskürür, ha səs-küy salır, amma…

Səhər açılır. Centlmen yuyunub pəncərəyə tərəf gəlir. Görür ki, həyətdə cəmi üç-dörd toyuq var. Amma xoruzların sayı iyirmidən çoxdur. Gülümsünür:

- Xanım, sizin nə çox xoruzunuz var?

Xanım onun yanına gəlir. Həyətə baxır və hirsindən boğula-boğula deyir:

- Orada cəmi bir xoruz var. Qalanları centlmenlərdir…

…“Centlmenlər” şüşə kimi olurlar. Azca toxunsan sınarlar. Amma natiq olurlar. Bütün hərəkətləri ölçülü-biçili, yerişləri də bir özgə cürdür. Gülümsəyirlər, qazanırlar, yaşayırlar. Amma...

Kişi ola bilmirlər. Kişi olmaq üçün geydirmə yox, əsl CENTLEMEN olmaq lazımdır.   

                                      

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğının genişlənməsinin qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59