Modern.az

Rəssamın erməni vəhşiliyinə aid kitabına sponsor tapılmır

Rəssamın erməni vəhşiliyinə aid kitabına sponsor tapılmır

13 Oktyabr 2009, 16:35

Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov) ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarına aid özünün çəkdiyi 44 rəsm əsərini kitab formatında çap etdirməyi düşünür. Bu barədə Modern.az-a məlumat verən rəssam bildirib ki, hələlik kitabın çapına lazım olan maddi vəsaitə malik deyil.

Qeyd edək ki, bu ilin aprelində Vaqif Ucatayın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən qrafika əsərlərindən ibarət sərgi keçirilib. Həmin sərgidə nümayiş etdirilən 33 rəsm Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə buklet formatında çap edilib.  “Ötən müddətdə daha 11 rəsm əsəri çəkmişəm. Hər bir azərbaycanlı öz imkanı daxilində ermənilərin mənfur sifətini dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəməməlidir. Mən də erməni vəhşiliyini rəsmlərimlə təbliğ edirəm. Üzümü qeyrətli oğullara tutub onları bu rəsmlərin kitab halında çapına kömək etməyə çağırıram”-deyə, tanınmış rəssam bildirib. Onun sözlərinə görə, hazırlamaq istədiyi kitab təkcə rəsmlərdən ibarət olmayacaq, rəssam nəşrə erməni vəhşiliyini açıb-ağardan mətnlər də daxil etməyi düşünür.  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi