Modern.az

Bir qrup gənc bayrağımazı dalğalandırmaq üçün Azərbaycandan Bursaya gedib

Bir qrup gənc bayrağımazı dalğalandırmaq üçün Azərbaycandan Bursaya gedib

13 Oktyabr 2009, 16:39

Bursa Valiliyi o ktyabrın 14-də Türkiyə və Ermənistan arasında keçiriləcək futbol matçını izləmək üçün Bursa stadionuna gələnlərin bu iki ölkənin bayrağından başqa bayraq gətirmələrinə qoyduğu qadağanı ləğv etməli oldu. Bu barədə oktyabrın 13-də günün ikincı yarısında Türkiyə mətbuatı xəbər verib. Xatırladaq ki, Bursa Valiliyinin bu qərarı Türkiyədə ciddi narazılıq doğurub. Buna hətta Türkiyə Böyük Millət Məclisində də etiraz bildirilib. İki Türkiyə vətəndaşı isə Bursa məhkəməsinə şikayət ərizəsi təqdim edib. 
Şikayətçilər bu qərarın ləğv olunmasını istəyiblər.
Oktyabrın 13-dı Bursa valisi Şahabettin Harput azarkeşlərin stadiona Azərbaycan və Quzey Kipr Türk Cümhuriyyətinin bayrağına gətirə biləcəyini deyib. Vali qərarın nə üçün qəfildən dəyişdirildiyinin səbəbini belə açıqlayıb: "Hər kəs bir tərəfə çəkir. Bizim təməl yanaşmamız Azərbaycan bayrağını istifadə və onu istismar edərək, bir qisim şüarlarla Türkiyə-Azərbaycan əlaqələrinə, Türkiyə-Ermənistan münasibətlərinə zərər verə biləcək bəzi səhv hərəkətlərə mane olmaq idi. Məsələni Türkiyə milli matçının xaricinə çıxarıb, siyasi bir havaya soxmaqdadırlar".
Modern. az xəbər verir ki, matçın keçirildiyi Bursa stadionunda işğalçı Ermənistan əleyhinə şüarlar səsləndirmək və tribunalarda Azərbaycan bayrağı dalğalandırmaq üçün ölkəmizdən olan bir qrup fəal gənc bir neçə gün öncə könüllü olaraq Türkiyəyə gediblər. Hazırda Bursada olan həmin gənclər arasında əməkdaşımız Rövşən Nəcəfov da var.
Oktyabrın 13-də hadisələr barədə redaksiyaməza məlumat verın əməkdaşımız bildirib ki, Azərbaycandan gedən gənclər barədə xəbər tutulandan sonra onlardan bəzilərinə güclü nəzarət olunub, yerli hakimiyyət orqanları hər vəchlə onların nəinki stadiona Azərbaycan bayrağı keçirmələrinə, hətta oyuna baxmağa buraxmaq istəmirmiş: "Amma yerli sakinlər bizə böyük dəstək verirdilər. Biz necə olursa-olsun türk qardaşlarımızın köməyilə Bursa stadionuna Azərbaycan bayrağı keçirəcəkdik. Bütün qadağalara baxmayaraq onu matçı izləyən hər kəs görəcəkdi. Ən son məlumata görə, qadağa ləçv olunub".
Qeyd edək ki, Azərbaycandan gedən gənclər əvvəlcədən bu səfəri gizli saxlamışdılar.
Xatırladaq ki, oktyabrın 14-də Bursa stadionunda keçiriləcək Türkiyə-Ermənistan oyununu işğalçı dövlətin prezidenti Serj Sarkisyan da izləyəcək. Artıq stadion ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb.

"Modern.az"

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır