10 Dekabr 2020, 09:22 | Ana Səhifə - Yazılar - Əsrin paradı
Əsrin paradı

Qəzənfər Həmidoğlu

 

8 Noyabr Zəfər Gününün təntənəsi - dekabrın 10-da Bakıda keçiriləcək Zəfər paradı böyük tarixi hadisədir.

Bu hərbi nümayiş Azərbaycan xalqının uzun illər həsrətində olduğu və 44 günə düşmənini əzərək qazandığı Zəfərin bayramıdır.

Möhtəşəm, unudulmaz parad olacaq, çünki hərbi, siyasi və rəmzi anlamları misilsizdir. 2020-ci ilin payızı boyu Qarabağa dikilən gözlər bu dəfə Bakıya, Azadlıq meydanına yönələcək. Çünki Zəfər paradı ilə Azərbaycanın, can qardaşımız Türkiyənin dünyaya, dostlara və düşmənlərə güclü mesajları olacaq.

Zəfər paradı həm Vətən Müharibəsindən qalib çıxmış Vətənin, Millətin və onun bağrından qopan Müzəffər Ordunun qüdrət və əzminin fiziki nümayişi, həm də Qalib xalqın qürurunun, ruhunun mənəvi təntənəsidir.

Bu paradda 2783 şəhidimizin ruhu bizimlə olacaq. Canlarını Vətən naminə fəda edən qəhrəmanlarımızın ruhları şad olsun!

Bu, əsrin hərbi paradıdır. Çünki son illərdə bütün dünyada keçirilən paradlar ötən əsrin tarixi hadisələri ilə bağlı ənənəvi hərbi nümayişlərdir. Nə qədər yeni mesajlar versələr də, onlar keçmişin əks-sədasıdır.

Azərbaycanın torpaqlarını hərb yolu ilə işğaldan qurtarmaq nümunəsi dünyada son 30 ilin presedentidir.

Bütünlükdə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, Ali Baş Komandanın 44 günlük savaşda

- strateji hədəfi, tarixi şəraiti və hərbi-siyasi fürsəti dəqiq müəyyənləşdirməsi;

- supergüclərlə oyun düsturu;

- etibarlı strateji müttəfiqlə birgə hərbi-siyasi manevri;

-ordunu həlledici hərbə yüksək döyüş hazırlığı ilə yetişdirməsi;

- savaş meydanında hərbi-taktiki gedişləri

və cəmiyyətdə ruh yüksəkliyi, siyasi birlik və həmrəyliyə nail olunması ərazi bütövlüyü pozulmuş ölkələrin işğaldan qurtulması üçün öyrəniləsi örnəkdir.

Dünyaya yeni ərsrin hərbini nümayiş etdirən savaşdakı möhtəşəm Zəfərdən sonra keçirilən paradımız fərqli parametrləri ilə də XXI əsrin paradıdır.

Azərbaycan və bizə mənəvi-siyasi dəstəyini, hər cür qardaş yardımını əsirgəməyən Türkiyə tarix yazaraq dünyaya fərqli geosiyasi paradiqma nümayiş etdirdi. Bu gün iki dost və qardaş Ali Baş Komandanın Azadllq meydanındakı qalib duruşları və verəcəkləri mesajlar, qəhrəman əsgərimizlə, qazilərimizlə şanlı mehmetciyin təntənəli keçidi, ərşə yüksələcək və düşmən qulağı dələcək "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları bizi bir daha qürurlandıracaq, fəxarət hissləri yaşadacaq və sevincimiz köksümüzə sığmayacaq.Düşmənə gözdağı olacaq, zillətini artıracaq.

Biz Zəfəri dırnaqlarımızla söküb, canımızla-qanımızla qoparıb aldıq. Biz bu paradı haqq etdik!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 “Qarabağ“ - “Bazel“ oyunu başladı 16 Sentyabr 2021, 20:49 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18 Ombudsmanlar Şuşada səfərdədilər 16 Sentyabr 2021, 18:12 AŞ PA Ermənistanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırıb 16 Sentyabr 2021, 18:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?