Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropaya hücum planlaşdırdığına dair iddiaları “cəfəngiyat” adlandırıb.
Modern.az xəbər verir ki, Putin Rusiyanın Avropa ilə müharibə etmək niyyətində olmadığını bildirib.
“Bu siyasi ishala son qoymaq lazımdır. Avropaya hansı hücumdan danışırlar? Hamı başa düşür ki, biz Avropa ilə müharibəyə can atmırıq. Bu nə cəfəngiyatdır?” – Putin deyib.
Rusiya prezidenti Ukraynaya hər hansı xarici qoşunun göndərilməsini Moskva üçün qəbuledilməz adlandırıb. O, Avropa İttifaqının dəfələrlə belə bir addım vəd etdiyini deyib və Kiyevlə Aİ arasında istənilən formada hərbi əməkdaşlığın Rusiya üçün problem olduğunu bildirib.
Putin Ukraynanın Aİ ilə iqtisadi inteqrasiyasını isə tərəflərin öz işi saydığını bildirib.