ABŞ-ın “AECOM” şirkəti TRIPP layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə araşdırmanın ilkin nəticələrini Ermənistan baş nazirinin müavini Mher Qriqoryana və dövlət qurumlarının nümayəndələrinə təqdim edib.
Modern.az xəbər verir ki, görüşdə dəmir yolu infrastrukturunun, eləcə də enerji, avtomobil yolu və rəqəmsal bağlantıların necə işləyəcəyinə dair ilkin təhlillər nəzərdən keçirilib.
Araşdırmanın növbəti mərhələlərinin təşkili ilə bağlı məsələlər də müzakirə olunub və görüləcək işlər planlaşdırılıb.
