17 Dekabr 2020, 09:55 | Ana Səhifə - Yazılar - Necə edək ki, Zəfər burnumuzdan gətirilməsin…
Necə edək ki, Zəfər burnumuzdan gətirilməsin…

Qəzənfər Həmidoğlu

Zəfərdən sonra həyat bayrama dönmür, savaşdan çıxan ölkə yenə köhnə dərd-sərinə qayıdır.


Başlıca stimul bu olur ki, Qalib xalq yeni ruh halı ilə köhnə və yeni diskomfortların öhdəsindən gələcək. Maraqlıdır, Zakir, Seyid Əzim, Mirzə Cəlil, Sabir və digər böyüklərimiz inandırırlar ki, bir-birimizə diskomfort yaşatmaq "mental" özəlliklərimiz sırasındadır...


***


Vətən müharibəsi ərəfəsində işsiz qaldığımdan keçmiş redaktor refleksi ilə sentyabrın 15-dən hər gün Azərbaycan və regionun yaxın və orta perspektivi ilə bağlı yüngül təhlil və təxminlər verməyə başladım.


Yazmağa yer qəhətə çıxdığından Twitter və Facebook-da "qəzetçiliy"ə başladım. Düzdür, iri yazıları sosial şəbəkələrdə nə oxuyan var, nə də bəyənən. Yazdığım atüstü kontent analizləri, təbliğatvari siyasi-bədii təhlilləri, replikaları, qrotesk-əhvalatları əsasən dost-tanış kontingenti oxuyur, ya da oxumadan bəyənir...


Bəziləri dedilər ki, "yaman məhsuldar" yazırsan. Əslində, 20 il "Ekspress"də elə bu işlə məşğul idim, amma başqa imzalar altında. Bir gizli imzam 0-cı illərdə mükafata təqdim edilmiş, hətta tanınmış bir professor barəsində məqalə yazmışdı...


Başqa birisi irad tutdu ki, keçmiş redaktor hara, analitika hara? Qısa bilgi: 90-cı illərdə əvvəlcə mərhum Həsən Quliyevin, daha sonra Eldar Namazovun rəhbərlik etdiyi PA-nın Analitik informasiya xidmətinin, sonralar isə Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin (BSTM) əməkdaşı olmuşam. BSTM ilə o vaxtlar görkəmli analitik və tarixçi professor Aydın Balayev, tanınmış politoloq Leyla Əliyeva və başqa siyasi təhlilçilər əməkdışlıq edirdilər.


Keçək mətləbə. İkinci Qarabağ savaşı dövründə və sonra yazdığım yazılar siyasi anqajə (nə iqtidar, nə də müxalifət mövqeyinin) məhsulu deyil - gördüyümü təhlil edir, yetərli informasiya toplamadan təxmindən qaçıram.


"Ekspress"də də belə idi. Yeri gəlmişkən, qəzetin təsisçisi, maliyyə mənbəyi və mövqeyi bəlli idi: hər halda, mediada kimin əlinin kimin cibində olduğunu, qəzetlərin, saytların və informasiya agentliklərinin, küsüb-barışan "jurnalistika ağsaqqalları"nın necə və haradan maliyyələşdirildiyini hamının bilməsi fonunda filan şey yemiş qarğa kimi ortalıqda dolaşmırdı...


Qayıdaq mətləbə. Qarabağda və regionda hazırda yaranmış status-kvonu dəyərləndirərkən, nə pozitiv-optimist, nə neqativ-pessimist olmaq, nə də rus təhdidini şişirtmək və ya kiçiltmək gərək deyil.


Hakimiyyətin opponentləri elan edirlər ki, "Rusiya girdiyi yerdən çıxmır, Qarabağ işğal edilib, suverenliyimiz əldən gedib, xəyanət edilib". Sanki sonumuz çatıb, qalıb başdaşı sifarişi...


Bu opponentlərə opponentlik edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə xatırladır: "Rusiya gəldiyi yerdən bir daha getmir… Bəs Şərqi Avropa, Baltikyanı ölkələri, Azərbaycan (Qəbələ RLS), Mərkəzi Asiyanın əksər ölkələri, ərəb ölkələri və s.? Gedir və onun hərəkətləri konkret vəziyyətdən asılıdır".


Başımızı nə divara vuraq, nə də altına yastıq qoyaq. Sadəcə, real situasiyanı qərəzsiz və siyasi mülahizələrsiz, konstruktiv dəyərləndirməyə ehtiyac var.


Yazıqlar olsun ki, siyasi birlik və həmrəylik Vətən savaşı günlərində qaldı, ən önəmli milli məsələ artıq siyasi çəkişmə predmetinə çevrilir - Qarabağdakı status-kvoya, Rusiyanın təxribatlarına iqtidar-müxalifət prizmasından yanaşmanın şiddəti hər gün artır. Əslində isə Ordu düşməni qova-qova Şuşaya yürüyəndə siyasi həmrəylik dünyanın ən asan işi idi.


Savaşdan sonra hakimiyyətin darmacalda diplomatiyada, siyasi, hərbi, iqtisadi və sosial sahələrdə görəcəyi işlər, öhdəlikləri, Böyük Qayıdışla bağlı planlar, şəhid ailələri və qazilərlə bağlı qayğılar, pandemiyanın dərinləşməsi və s. onsuz da diskomfort situasiya yaradır.


İndidən baş sındırmaq lazımdır ki, cəmiyyətə əlavə sıxıntılar yaşadacaq aqressivləşmədən necə qaçaq ki, ən azı mənəvi anlamda Zəfər burnumuzdan gətirilməsin.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən yazdı 18 May 2021, 11:12 Belarusun müdafiə naziri Azərbaycana gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44 Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı 18 May 2021, 08:35 Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb 18 May 2021, 08:26 Qırmızı soğanın inanılmaz FAYDALARI 18 May 2021, 08:17 Baydenlə Netanyahu İsrail-Fələstin müharibəsini müzakirə etdi 18 May 2021, 08:08 Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəməri taxmayanlar cərimələndi - FOTO 18 May 2021, 00:23