31 Dekabr 2020, 22:46 | Ana Səhifə - Yazılar - Bu zəfər oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır
Bu zəfər oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır

Elçin Alıoğlu

İlin son günüdür. Evdə işıq sönüb. Yox, elektrik işığını demirəm. İşıq, bütün ümidlər, evin ötəni və gələcəyi, onların qəlbi.

Oğul.

Ata.

Qardaş.

Eynən belədir. İşıq sönüb. Həyatsa davam edir. Çünki evdə olanlar yaşayırlar.

Amma əvvəlki təki həyatları olacaqmı?

Küçədə isə həyat davam edir. İnsanlar harasa tələsir, deyir, danışır, yürüyür. Hər kəs nə isə arayır, nəyə isə can atır.

İndi, axşam saatlarında, hansısa mənzildə, hansısa kənddəki evdə Ana oğlunun otağında oturub. Otaq soyuqdur. Gör, nə zamandı qızdırılmır, isinmir. O, əri ilə yaşayır. Tək qalıb, oğulsuz. Oğlu şəhid olub.

Ana oturub oğlunun otağında. Ərindən oğrun, gizlin. Ağlayır. Göz yaşları sözə baxmaz ki. Əri hirslənir o ağlayanda. Gözüyaşlı, qəhərli hirslənir, "Ağlama, bəsdi!" deyir - sınıq səslə.

Ana soyuq otaqdadır. Əlində oğlunun yayda aldığı, fürsət tarpıb geyinmədiyi köynəyini tutub. Balasının iyini alır o köynəkdən.

Ana o köynəyi elə həsrətlə qoxlayır ki. Elə ki, balasının ətrini doyunca sinəsinə çəksin.

Elə ki, bilmədən o ətrin hamısını sinəyə doldurmasın - sabaha, o biri günə, həmişə qalsın o ətir.

Gələn dəfələrə də qalsın.

Ata siqaret çəkir. Tüstü sinəsində qalıb. Dərd kimi. Oğlunun telefonu əlində. Sığallayır o telefonu, sanki indi zəng çalacaq, oğlunun səsi gələcəkmiş kimi.

Amma telefon öz sahibinə zəng etməz ki. Sahib yoxdursa illah.

Oğulsa xəbərsiz bütün bunlardan. Savaşa yollananda, Vətən torpağını vücudu ilə örtəndə yalnız qisası düşünürdü.

Qisas, savaş onun üçün ata, ana idi. Vətən idi.

Vətən qəbul etdi onu, bağrına basdı övladını.

Vətən müharibəsi hər şəhid ailəsində kiçik savaş təki bitdi.

... Nənə bu axşam bayram təbriklərini eşitmir, görmür. Kimsəni də təbrik etmir.

Yeni illə bağlı nə ümidi olasıdır ki. Saat 12-ni də gözləməyəcək, yatacaq. Heç nə gözləmir, heç ümidi yox.

Ümidi masanın üstündən, küncü qara lentli fotodan baxır ona indi.

... Gənc qız bu axşam ailə masasının arxasından tez duracaq. Çox tez. "Başım ağrıır, yuxum gəlir, yatmaq istəyirəm" deyəcək anasının nigaran, atasının səbrli baxışlarına.

Keçəcək otağına. Oktyabrın əvvəlindən xəbərini gözlədiyi sevgilisi ilə ilin əvvəlində çəkdirdiyi fotosuna baxacaq oğrun-oğrun.

Ağlayacaq, hıçqıracaq və onun səsini yenidən, bircə an olsa belə, eşitmək üçün Yaradana yalvaracaq.

Zəfər ili oldu Vətənə.

Bu zəfər, Qələbə oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır.

Ölüb də ölməyənçün ölüm cana minnətdir,

Ey Həqq üçün can verən, ölümün nə nemətdir...

Ol səbəbdən ağlama şəhid bacısı, şəhid anası, şəhid xanımı.

Yağış damlar şəhidimin cənnətinə.

Hər birinizin əlindən öpürəm.

Çün bu əl Vətən əlidir…

Vətən yaxşıdır…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 “Qarabağ“ - “Bazel“ oyunu başladı 16 Sentyabr 2021, 20:49 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18
SORĞU Hansı vaksinə etibar edirsiniz?