Bakıda kişi arvadını döyüb.
Modern.az xəbər verir ki, hadisə Xəzər rayonu, Yeni Ramana qəsəbəsi, Murtuza Muxtarov küçəsində qeydə alınıb.
Məlumata görə, 37 yaşlı Tural Əhmədov (şərti adla) yaşadıqları evin mətbəxində arvadının sifətinə yumruq və təpiklə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Buna səbəb isə qadının “uşağı bağçaya sən apar” deməsi olub. Qeyd olunur ki, qadının belə deməsi Turalın xoşuna gəlməyib və arvadına etiraz edərək, irad bildirib. Yaranan mübahisə zamanı Tural məsələni daha da böyüdüb və əsəbiləşərək, arvadını döyüb.
Hadisə ilə əlaqədar T. Əhmədov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və dəymiş zərəri ödədiyini deyib. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığınıbildirib. Hər ikisi məhkəməyə təqdim etdikləri ərizədə cinayət işinə xitam verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilərək, T. Əhmədov məsuliyyətdən azad olunub.
İlyas Turan