Modern.az

Rəssamın çürümüş meyiti tapıldı - 1 ay əvvəl ölübmüş

Rəssamın çürümüş meyiti tapıldı - 1 ay əvvəl ölübmüş

Hadisə

4 Oktyabr 2026, 14:37

1 ay əvvəl ölən rəssamın meyiti tapılıb.

Modern.az Rusiya mediasına istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Moskvanın 4-cü Tverskaya-Yamskaya küçəsində qeydə alınıb.

Bir binanın çardağında yerləşən məkana baxış keçirilərkən, bir neçə həftə əvvəl vəfat etmiş rəssam, 85 yaşlı Şalva Bedoyevin çürümüş cəsədi tapılıb.

Şalva Yevgenyeviç Rusiya Federasiyasının Xalq artisti idi və uzun müddət Şimali Osetiya Rəssamlar İttifaqına rəhbərlik, həmçinin Xetaqurov adına Şimali Osetiya Universitetinin İncəsənət fakültəsində Təsviri sənət kafedrasına rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə