7 Yanvar 2021, 16:11 | Ana Səhifə - Yazılar - Demokratik əsasları sarsılan supergüc
Demokratik əsasları sarsılan supergüc

Elman Babayev

Dünyaya demokratiya dərsi keçən ABŞ-da anti-demokratik proseslər bərq vurmaqdadır 

 

ABŞ-da baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Təkcə ona görə yox ki, ABŞ super dövlətdir.  Daha çox ona görə ki, ABŞ zaman-zaman bütün əksər dünya dövlətlərini sanki demokratiya imtahanına çəkən bir nömrəli ölkə mövqeyinə sahiblənib. Və indi dünyaya demokratiya dərsi keçən ABŞ-da anti-demokratiya prosesləri bərq vurmaqdadır...


Əslində son hadisələrə kimi də ABŞ-da demokratiya, insan haqlarının pozulması ilə bağlı kifayət qədər faktlara rast gəlinib. Amma heç bir hadisə axırıncı olaylar kimi ABŞ-ın demokratiya maskasının yerə düşməsinə qədər inkişaf etməyib. Bu, illərdir ABŞ-ın demokratiyadan geri çəkilmə prosesinin ən pik nöqtəsi kimi də qiymətləndirilə bilər.


İlk növbədə ABŞ artıq dünyada seçkilərin ən ideal formada keçirildiyi ölkə statusunu itirib. Hələ 2015-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrinin şübhə altına alınması, kənar müdaxilələr haqqında iddiaların səslənməsi dünyanın gündəmini zəbt etmişdi. Bununla da həmin vaxt Amerikada seçkilərin demokratikliyi tam şübhə altına düşmüşdü.


ABŞ-da keçirilmiş son seçkilərin saxtalaşdırılması ilə bağlı iddialar isə daha yüksək səviyyədə və sərt formada səslənməyə başladı. Prezident Trampın və tərəfdarlarının bu qəbildən olan iddiaları elə ilk gündən dövriyyəyə buraxıldı. Hətta ABŞ prezidenti ölkəsində keçirilmiş seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması barədə bəyanatla çıxış etdi. Bu, artıq Amerika demokratiyasının iflas həddinə çatmasının ən yüksək səviyyədə etirafı idi.


Tramp və tərəfdarlarının bir müddətdir bu tipli bəyanatlarının ardınca son günlərdə Amerika Konqresində baş verən hadisələr isə təkcə Qərb demokratiyasının böhranı deyil. Bu, eyni zamanda supergüc dövlətin əsaslarını sarsıdan hadisədir. ABŞ qeyri-stabil siyasi sistemə malik ölkələr sırasında yer almaqdadır və dünyanın aparıcı KİV-lərinin bu istiqamətdə paralellər aparması real faktlara söykənir.


Qeyd olunanlarla yanaşı, son hadisələr zamanı ABŞ-da etirazçılara qarşı ən sərt formada şiddət tətbiq olunması da diqqəti çəkir. Görüntülər açıq şəkildə hüquq mühafizə orqanlarının kifayət qədər qəddar davrandığını ortaya qoyur. Öz vətəndaşına silah çəkən mühafizəçilərin, polisin görüntüləri dünya mətbuatının gündəmində yer alıb. Hadisələr nəticəsində 4 nəfərin həlak olması barədə informasiyalar etirazçıalara qarşı şiddətin ən real göstəricisidir.


Yeri gəlmişkən, ötən ilin iyul ayının 14-də Azərbaycanda Qarabağla bağlı keçirilən məlum aksiya zamanı bir qrup şəxs Milli Məclisin binasına daxil olmuşdu və qanunsuz əməllər törətmişdi. Bu hadisə fərqli hadisələr fonunda baş versə də, görüntülər baxımından, haradasa ABŞ Konqresində baş verən hadisə ilə oxşardır. Yəni hər iki hadisədə etirazçıların qanunverici orqana qeyri-qanuni daxil olması var. Həmin vaxt Azərbaycan polisinin davranışları hamının yaxşı yadındadır. İndi özünüz müqayisə edin: dünyaya demokratiya moizəsi oxuyan ABŞ polisi daha qəddardır, yoxsa 14 iyulda dözümlü, etika çərçivəsində davranan Azərbaycan polisi? Müqayisə özü hər şeyi gün kimi ortaya çıxarmırmı?


Bundan başqa, hamının yaxşı xatirindədir ki, istər sabiq prezident Barak Obamanın, istərsə də Donald Trampın dövründə ABŞ-da insan hüquqlarının kobud şəkildə pozulması,  polis qəddarlığı ilə bağlı kifayət qədər hadisələr yaşanıb. Buna konkret nümunə kimi, qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bunun ardınca geniş sosial etirazları, insanların öz hüquqlarını müdafiə etmək, sərbəst şəkildə fikirlərini çatdırmaq hüquqlarının qarşısının sərt şəkildə alınmasını göstərmək olar. Etirazçılara qarşı ən qəddar formada şiddət tətbiqinin geniş miqyas alması yaddaşlardan silinməyib.


Son illər həmçinin Avropa ölkələrində, xüsusilə Fransada belə demək mümkünsə, polis qəddarlığının ən yeni nümunələrinə rast gəlinməkdədir.


Beləlikə, bu gün bütün dünya demokratiya nümunəsi hesab edilən dövlətlərin, qurumların öz prinsiplərinə necə xəyanət etmələrini izləyir. Sübut olunur ki, zaman-zaman müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qızışdırıcı metodlarla qarışmağın demokratiya ilə heç bir bağlılığı yoxdur. Bəlli dövlətlər, beynəlxalq təşkilatlar üçün demokratiya və insan haqları kimi fundamental dəyərlər yalnız o zaman dövriyyəyə buraxılır ki, öz maraqları təmin olunmur. Hazırki nəticə isə odur ki, “demokratiyanın beşiyi” olanların demokratiya dəyərləri sözün bütün mənalarında şübhəli xarakter alıb.


Azərbaycan məhz belə yanaşmadan əziyyət çəkən ölkələrdəndir. İllərdir, bəzi beynəlxalq təşklilatların, dövlətlərin Azərbaycana qarşı tutduğu ədalətsiz mövqenin, ölkəmizə qarşı sərgilənən ikili standatrların əyani şahidiyik. Ancaq əfsuslar olsun ki, bu fakt  zaman-zaman gündəmə gətirilsə də, hər hansı fərqli yanaşmanın şahidi olmuruq. Üstəlik, bəzi daxili siyasi qüvvələr, nə qədər acı olsa da, həmin beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlarla çıxış etməsinin hakimiyyət tərəfindən məqsədli şəkildə qabardılıması iddiasını da səsləndirməkdə idilər.


Son dövrlərdə baş verən siyasi proseslər isə demokratiya nümunəsi sayılan ölkələrin, beynəlxalq qurumların əsl mahiyyətinin nədən ibarət olduğunu tam çılpaqlığı ilə bir daha ortaya qoyur.


Azərbaycan üçün  “Son illərdə ən qeyri-demokratik ölkə olan Ermənistan haqda bir dənə də təcili Qətnamə qəbul etməyən beynəlxalq qurumlar, ölkələr niyə Azərbaycanla bağlı fərqli mövqe tutur”- sualı hələ də açıq qalır. Söhbət ondan gedir ki, Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin, həmçinin düşmən ölkədəki indiki hakimiyyətin anti-demokratik hərəkətlərinə, bu ölkədə demokratiya adına baş vermis biabırçılıqlara daş kimi susqunluq Qərb demokratiyasının ikiüzlü siyasətinin danılmaz sübutlarından biridir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36