11 Yanvar 2021, 15:04 | Ana Səhifə - Yazılar - Mətbuatı tənəzzüldən necə xilas etməli?
Mətbuatı tənəzzüldən necə xilas etməli?
Elman Babayev

Təcili olaraq yeni qanun hazırlanmalı və işlək struktur yaradılmalıdır

Bu gün Azərbaycan mətbuatının durumu bütün parametrlərinə görə ürəkaçan deyil. Ümumi mənzərə odur ki, print media oxunmur, sosial mediada, internet jurnalistikasında tam bir xaos hökm sürür. Bütövlükdə media sahəsindəki hazırki durum ölkənin informasiya təhlükəsizliyinə təhdid formasına qədər irəliləyib. Demək olar ki, hər gün informasiya təxribatları ilə üz-üzə qalırıq. Erməni tərəfinin ortaya atdığı istənilən yalan xəbər və dezinformasiya dərhal Azərbaycan mətbuatının gündəmini, sosial medianı zəbt edir. Vəziyyət bu dərəcədə acınacaqlıdır...

Bir qədər əvvələ gedib yada salaq ki, print mediada durumun dəyişməsi üçün tamamilə yeni qurum, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı və bu qurumun yaranmasından sonra qəzetlərə maliyyə yardımı verilməyə başlandı. Proses indi də davam etməkdədir. Bu qurumun başladığı işlərə ümid böyük idi. Fəqət KİVDF xətti ilə ayrılan maliyyə çap mediasının yaşaması üçün süni nəfəs rolunu oynamaqdan o tərəfə keçmədi. Düzdür, bu addım çap mediasının ayaqda durmasına, Azərbaycan milli mətbuatının fiziki olaraq sıradan çıxmaq təhlükəsini önlədi. Ancaq gəlin etiraf edək ki, maliyyə print medianın inkişafına, xaricdə həsəd apardığımız qəzetlərin yanından belə keçməsinə gətirib çıxarmadı. Tiraj daha da azaldı, satışın belə demək mümkünsə heçə enməsi baş verdi və nəticə etibarilə jurnalistlərin maddi durumu yaxşılaşmadı, tanınmış imzalar print medianı tərk etdi.

Bugünkü reallıq odur ki, hazırda Azərbaycanda print mediada dərin böhran davam edir. Nə qədər dilə gətirmək ağır olsa da, çap maşınları hər gün müəyyən tiraja malik qəzetləri boş-boşuna istehsala hazırlayır. Elə bir adam tapmaq çətindir ki, yuxudan duran kimi hər gün köşkə qaçıb qəzet alsın. Hər gün hansısa qəzetin çapını həsədlə gözləsin. Qəzetlərin çıxıb-çıxmamağı ictimaiyyətin mütləq əksəriyyətini maraqlandırmır. Tam durğunluq yaranıb: çap mətbuatı oxucu qazanmağın üsulları axtarışına belə meyil etmir.
Hamı elektron və sosial mediada hər dəqiqə yenilənən qısa informasiya arxasınca qaçsa da, bu sferanın özündə də durum yaxşı deyil. Bir çox hallarda Azərbaycan dilinin qaydalarına riayət olunmur, qeyri-peşəkarlıq problemi mövcuddur. Eyni zamanda, müasir informasiya-kommunikasiya texnologiyalarından lazımınca istifadə edilmir. İnternet saytların, tv-lərin sayı itib...

Bütün bu sadalananlar nəticə etibarı ilə jurnalistikanın nüfuzunun daha da aşağı düşməsi ilə nəticələnib.
Ortaya haqlı suallar çıxır. Print media özü yazıb, özü oxuyursa, bu, kimə lazımdır? Dövlətin verdiyi süni nəfəslə qəzetlərin yaşaması nə qədər davam edə bilər? Bütövlükdə gündə ən yaxşı halda internet media qarışıq KİV-i izləyənlərin sayı 4-5 mini ötmürsə, bu, Azərbaycanda mətbuatın mövcudluğunun sual altında olması demək deyilmi?
Nədən başlamalı?

İş burasındadır ki, mətbuatın fəaliyyətini tənzimləməli olan “KİV haqqında qanun” müasir tələblərə cavab vermir. Ona görə də, ilk növbədə müasir mətbuatın bütün sferalarını özündə tam əhatə edən, yəni sosial media, internet jurnalistikasının fəaliyyətini də tənzimləyən yeni qanun qəbul edilməlidir.

İkincisi, artıq birmənalı şəkildə vurğulamaq mümkündür ki, KİVDF-nin indiki forması tələblərlə ayaqlaşmır. Vəziyyət budur ki, KİVDF illərdir ancaq qəzetlərə maliyyəni bölmək, müsabiqələr keçirmək, bayramlarda jurnalistləri bir araya yığmaq tədbirlərini təşkil etməkdən irəli gedən uğurlu fəaliyyətə imza ata bilməyib. Zaman-zaman qurum çıxış yolu kimi yeni addımlar atsa da, ümumi vəziyyət dəyişməyib. Ona görə də daha geniş səlahiyyətli və prosesləri tənzimləyə biləcək yeni quruma ciddi ehtiyac var.

Bu addımlar təcili atılmalı, mətbuat sahəsində sistemləşmə getməli, yeni qanun, KİV sahəsini müasir tələblərə uyğun tənzimləyəcək yeni qurum yaradılmalıdır. Prosesdə mətbuatın tanınmış simaları, imzaları, bu sahə üzrə təcrübəli ekspertlər yaxından iştirak etməlidir. Print nedianın reklam bazarı, yayım problemi kimi daşlaşmış problemləri ciddi müzakirə olunmalı, yeniliklər bu kimi problemləri öz cözümünə qovuşduracaq dərəcədə olmalıdır.
Mətbuat sahəsində islahatar Azərbaycan mətbuatında yeni səhifə açmağa hədəflənməlidir. Proses qəzet bazarında pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaratmalıdır.

Təcili olaraq media sahəsində yeniliklər həyata keçirilməsə, vəziyyət bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə ciddi zərər vuracaq.

Nəhayət ki, Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları olan, əməkhaqqısı və ən mühümü ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanları yaranmalıdır.

Hakimiyyət məhz belə bir mətbuatı görmək istədiyini gizlətmir. Bunu yüksək səviyyədə gerçəkləşdirmək üçün mətbuatın tanınmış simaları ortaya düşməli, yeniliklərin həyata vəsiqə qazanmasına təkan verməlidirlər.
MÜƏLLİFİN DİGƏR YAZILARI
Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59 Türkiyədə 107 yanğın nəzarətə alındı - FOTO 1 Avqust 2021, 12:55 Rusiyda virusdan ölənlərin yeni sayı 1 Avqust 2021, 12:51 Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe 1 Avqust 2021, 12:40 Gürcüstanlı idmançılar Olimpiya kəndindən çıxarıldı 1 Avqust 2021, 12:38 Reza Deqatinin dərc olunmamış FOTOLARI 1 Avqust 2021, 12:36 Türkiyədəki yanğının peyk götüntüləri - FOTO 1 Avqust 2021, 12:30 Fransanın azərbaycanlı boksçusu hakimləri təhqir etdi - VİDEO 1 Avqust 2021, 12:25