11 Yanvar 2021, 15:04 | Ana Səhifə - Yazılar - Mətbuatı tənəzzüldən necə xilas etməli?
Mətbuatı tənəzzüldən necə xilas etməli?
Elman Babayev

Təcili olaraq yeni qanun hazırlanmalı və işlək struktur yaradılmalıdır

Bu gün Azərbaycan mətbuatının durumu bütün parametrlərinə görə ürəkaçan deyil. Ümumi mənzərə odur ki, print media oxunmur, sosial mediada, internet jurnalistikasında tam bir xaos hökm sürür. Bütövlükdə media sahəsindəki hazırki durum ölkənin informasiya təhlükəsizliyinə təhdid formasına qədər irəliləyib. Demək olar ki, hər gün informasiya təxribatları ilə üz-üzə qalırıq. Erməni tərəfinin ortaya atdığı istənilən yalan xəbər və dezinformasiya dərhal Azərbaycan mətbuatının gündəmini, sosial medianı zəbt edir. Vəziyyət bu dərəcədə acınacaqlıdır...

Bir qədər əvvələ gedib yada salaq ki, print mediada durumun dəyişməsi üçün tamamilə yeni qurum, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı və bu qurumun yaranmasından sonra qəzetlərə maliyyə yardımı verilməyə başlandı. Proses indi də davam etməkdədir. Bu qurumun başladığı işlərə ümid böyük idi. Fəqət KİVDF xətti ilə ayrılan maliyyə çap mediasının yaşaması üçün süni nəfəs rolunu oynamaqdan o tərəfə keçmədi. Düzdür, bu addım çap mediasının ayaqda durmasına, Azərbaycan milli mətbuatının fiziki olaraq sıradan çıxmaq təhlükəsini önlədi. Ancaq gəlin etiraf edək ki, maliyyə print medianın inkişafına, xaricdə həsəd apardığımız qəzetlərin yanından belə keçməsinə gətirib çıxarmadı. Tiraj daha da azaldı, satışın belə demək mümkünsə heçə enməsi baş verdi və nəticə etibarilə jurnalistlərin maddi durumu yaxşılaşmadı, tanınmış imzalar print medianı tərk etdi.

Bugünkü reallıq odur ki, hazırda Azərbaycanda print mediada dərin böhran davam edir. Nə qədər dilə gətirmək ağır olsa da, çap maşınları hər gün müəyyən tiraja malik qəzetləri boş-boşuna istehsala hazırlayır. Elə bir adam tapmaq çətindir ki, yuxudan duran kimi hər gün köşkə qaçıb qəzet alsın. Hər gün hansısa qəzetin çapını həsədlə gözləsin. Qəzetlərin çıxıb-çıxmamağı ictimaiyyətin mütləq əksəriyyətini maraqlandırmır. Tam durğunluq yaranıb: çap mətbuatı oxucu qazanmağın üsulları axtarışına belə meyil etmir.
Hamı elektron və sosial mediada hər dəqiqə yenilənən qısa informasiya arxasınca qaçsa da, bu sferanın özündə də durum yaxşı deyil. Bir çox hallarda Azərbaycan dilinin qaydalarına riayət olunmur, qeyri-peşəkarlıq problemi mövcuddur. Eyni zamanda, müasir informasiya-kommunikasiya texnologiyalarından lazımınca istifadə edilmir. İnternet saytların, tv-lərin sayı itib...

Bütün bu sadalananlar nəticə etibarı ilə jurnalistikanın nüfuzunun daha da aşağı düşməsi ilə nəticələnib.
Ortaya haqlı suallar çıxır. Print media özü yazıb, özü oxuyursa, bu, kimə lazımdır? Dövlətin verdiyi süni nəfəslə qəzetlərin yaşaması nə qədər davam edə bilər? Bütövlükdə gündə ən yaxşı halda internet media qarışıq KİV-i izləyənlərin sayı 4-5 mini ötmürsə, bu, Azərbaycanda mətbuatın mövcudluğunun sual altında olması demək deyilmi?
Nədən başlamalı?

İş burasındadır ki, mətbuatın fəaliyyətini tənzimləməli olan “KİV haqqında qanun” müasir tələblərə cavab vermir. Ona görə də, ilk növbədə müasir mətbuatın bütün sferalarını özündə tam əhatə edən, yəni sosial media, internet jurnalistikasının fəaliyyətini də tənzimləyən yeni qanun qəbul edilməlidir.

İkincisi, artıq birmənalı şəkildə vurğulamaq mümkündür ki, KİVDF-nin indiki forması tələblərlə ayaqlaşmır. Vəziyyət budur ki, KİVDF illərdir ancaq qəzetlərə maliyyəni bölmək, müsabiqələr keçirmək, bayramlarda jurnalistləri bir araya yığmaq tədbirlərini təşkil etməkdən irəli gedən uğurlu fəaliyyətə imza ata bilməyib. Zaman-zaman qurum çıxış yolu kimi yeni addımlar atsa da, ümumi vəziyyət dəyişməyib. Ona görə də daha geniş səlahiyyətli və prosesləri tənzimləyə biləcək yeni quruma ciddi ehtiyac var.

Bu addımlar təcili atılmalı, mətbuat sahəsində sistemləşmə getməli, yeni qanun, KİV sahəsini müasir tələblərə uyğun tənzimləyəcək yeni qurum yaradılmalıdır. Prosesdə mətbuatın tanınmış simaları, imzaları, bu sahə üzrə təcrübəli ekspertlər yaxından iştirak etməlidir. Print nedianın reklam bazarı, yayım problemi kimi daşlaşmış problemləri ciddi müzakirə olunmalı, yeniliklər bu kimi problemləri öz cözümünə qovuşduracaq dərəcədə olmalıdır.
Mətbuat sahəsində islahatar Azərbaycan mətbuatında yeni səhifə açmağa hədəflənməlidir. Proses qəzet bazarında pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaratmalıdır.

Təcili olaraq media sahəsində yeniliklər həyata keçirilməsə, vəziyyət bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə ciddi zərər vuracaq.

Nəhayət ki, Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları olan, əməkhaqqısı və ən mühümü ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanları yaranmalıdır.

Hakimiyyət məhz belə bir mətbuatı görmək istədiyini gizlətmir. Bunu yüksək səviyyədə gerçəkləşdirmək üçün mətbuatın tanınmış simaları ortaya düşməli, yeniliklərin həyata vəsiqə qazanmasına təkan verməlidirlər.
MÜƏLLİFİN DİGƏR YAZILARI
XİN-dən Avropa Parlamentinin qətnaməsinə REAKSİYA: əsassız iddialar, qərəzli fikirlər 22 Yanvar 2021, 15:54 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05 Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN 22 Yanvar 2021, 14:00 Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb 22 Yanvar 2021, 13:57 Co Bayden qazaxıstanlı xanıma vəzifə verdi - FOTO 22 Yanvar 2021, 13:53 İtkin düşən leytenantın şəhid xəbəri gəldi 22 Yanvar 2021, 13:52 Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab 22 Yanvar 2021, 13:50 Təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq 22 Yanvar 2021, 13:47 Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçiriləcək 22 Yanvar 2021, 13:42 UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub 22 Yanvar 2021, 13:40 Füzulinin Qarğabazar kəndi - VİDEO 22 Yanvar 2021, 13:38 Koçaryanın şikayəti təmin olunmadı 22 Yanvar 2021, 13:36 Builki imtahanlar nə vaxt keçiriləcək? - AÇIQLAMA 22 Yanvar 2021, 13:31 Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub - FOTO 22 Yanvar 2021, 13:27 Sabah hava necə olacaq? - PROQNOZ 22 Yanvar 2021, 13:23 “AzerGold” sədri Yaponiya səfiri ilə görüşdü 22 Yanvar 2021, 13:18