Modern.az

Türkiyə Böyük Millət Məclisinin sədri azərbaycanlı deputatları qəbul edib

Türkiyə Böyük Millət Məclisinin sədri azərbaycanlı deputatları qəbul edib

Parlament

15 Oktyabr 2009, 10:23

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Milli Məclisin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmadan Ermənistan ilə sərhədlərin açılması ortaya problemlər çıxara bilər: "Bu proseslər paralel aparılmalıdır ki, bölgədə sülh bərqərar olsun və bütün dövlətlər arasında yaxşı dostluq münasibətləri qurulsun. İşğal məsələsi, Dağlıq Qarabağ problemi aradan qalxmayana qədər bölgədə sülh olmayacaq. Biz, qardaş Türkiyədən ədalətli qərar gözləyirik və əminəm ki, TBMM ədalətli qərar qəbul edəcəkdir".  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi