14 mart 2021, 14:53 | Ana Səhifə - Yazılar - Bir Ağdam vardı...
Bir Ağdam vardı...
Elçin Alıoğlu

Bir Ağdam vardı. Savaşdan əvvəl, virandan əvvəl, yağmalanandan əvvəl. Çox əvvəl. O şəhərdə gözəl insanlar, tanış simalar, doğma adamlar yaşardı.

Bir Ağdam vardı. Səs-küylü, qürrəli, ləyaqətli, şərəfli, davakar. O şəhərdə insanlar harada yaşadıqlarının fərqinə varırdılar və bu hiss onların gözlərində, üzlərində, hərəkətlərində sezilərdi.

Bir Ağdam vardı. Adamları fərqli idi. Dükanda 1 qəpiyə satılan kibriti almaz, elə o dükanın qarşısında oturub kibrit satandan 5 qəpiyə alardılar kibriti. Nabələd qonaq soruşanda da "o da pul qazansın, ayıf doymü, onun yanından keçif dükandan ispişka alım" deyərdilər.

Bir Ağdam vardı. Düşmənin gözünə qaya kimi batmışdı. Alınmaz qala idi. 6 min övladını torpağı qorumaq üçün torpağa verdi, "uf" da demədi. Çünki Ağdamdı, çünki ağdamlılardı.

Bir Ağdam vardı. Gəncliyimin Ağdamı. Sevgi, ruh, irşad, şərəf, namus, rəşadət.

Bir Ağdam var indi. Viranə, daşı daşın üstündən sürüşüb yerə düşən, kolluq, yolsuzluq, minalıq, hər addımda ölümün şöngüdüyü, xarabazar qoyulmuş məkan.

Dünən Ağdamdaydım. Bakıdan gələnlər çoxdu. Amma mən ağdamlılara baxırdım - Bakıdan gələn. İsim və soyun adına nə gərək - tanınan, bilinən, hörmətli və izzətli insanlardır ikisi də.

İkisi də ağdamlı.

Biri soyuqqanlı, qaradinməz insandır.

O biri deyib-gülən, zarafatcıl, baməzə.

Soyuqqanlı olan qardaşım Ağdamı görəndə dil açdı sanki. Dayanmadan danışırdı, gülürdü, əllləri yelləyirdi, Ağdamın hər tinindən, hər dolanbacından danışırdı - evlər, binalar nə idi ki...

Baməzə qardaşım susmuşdu. Sakitcə ətrafına baxırdı. Bilirdim ki, illər əvvəlin xatirələridir onu kövrəldən.

Parçalanmış divarlarını, ot basmış ata yurdunun önündə durdu. Susdu. Sonra oxuduğu məktəbin yanına getdik.

Susdu.

Soyuqqanlı olanı gülürdü. Gözlərinə baxırdım. Qüssə. Kiçik iradə bəndi uçsaydı hönkürəcəkdi.

Sakitləşdirdimmi onu?

Bacarmadım.

Çünki...

Çünki ötənlər məni də məngənəsinə almışdı.

Amma...

Bir Ağdam var indi. Darmadağın olunsa da, Hirosimaya çevrilsə də, yaşayır. Evləri dağıtdı şərəfsiz düşmən, amma o divarların daşları Yurd torpağına düşdü.

Yolları yerlə yeksan etdi, goreşən kimi qazıdı - amma o yollar yenə Ağdama aparır və çatdırır.

Ağacları kəsdi, doğradı - amma başları kəsilsə, edam olunsalar da, kökləriylə qucaqladılar, daha bərk sıxışdılar Yurd torpağına o ağaclar. Yenidən tumurcuqlayacaq, pöhrələnəcəklər, böyüyəcəklər.

Bir Ağdam var indi. Ölümcül yaralansa da, sağdır. “Hər şey yaxşı olacaq” deyir.

Yaşayır, yaşayacaq və yaşadacaq.

Ağdam, sən heç zaman bunca bizim olmadın, bilirsənmi?...
MÜƏLLİFİN DİGƏR YAZILARI
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04