14 Aprel 2021, 10:15 | Ana Səhifə - Yazılar - Bakıda bir şəhid anası var…
Bakıda bir şəhid anası var…

Elçin Alıoğlu


"Evlərinin önü yonca,

Yonca qalxmış dam boyunca, dam boyunca"...

... Bakıda bir şəhid anası var.

Hər səhər erkəndən durur, oğluna çay dəmləyir, yemək hazırlayır. Sonra köynəyini ütüləyir, oğlunun sevdiyi ətiri qoyur dəhlizdəki komodun üzərinə. Ki, işə gedəndə aramasın.

Sonra oturur mətbəxdə masanın arxasında, çənəsini əlinə dayayıb gözləyir.

Səbri tükənir, səslənir:

- Haradasan, ay bala?! Gecikirsən axı, yenə güzgünün qabağındasan?

Gözləyir...

Səbri daşır, yenə çağırır:

- Bala, ay bala! Soyudu axı hər şey...

Yerindən durub, dəhlizə çıxır. Gözləyir.

Deyinərək qayıdır mətbəxə:

- Bax, işə gecikəcək...

Oğlunu gözləyərkən telefonuna baxır.

Oğlunun sevdiyi mahnı var - "Evlərinin önü yonca". Astaca qulaq asır.

Oğulsa gəlib çıxmır.

Gerçəkdən də, işə gecikəcək.

Ana köks ötürür, "Bu niyə belə tənbəl oldu, kimə oxşadı?" deyibən oğlunun atasını, 18 il əvvəl haqqa qovuşmuş ərini xatırlayır, "Allah sənə rəhmət eləsin, sənə bənzəyib də" söyləyib xəfifcə gülümsəyir.

Saatlar keçir.

Divardakı saata baxır. "Harada qaldı bu, iş vaxtı bitib, yenə dostları ilə kim bilir haradadı". Oğluna zəng vurur. Çağırış, çağırış, çağırış, cavab yox.

"Götürmür telefonu, başı qarışıb yenə".

Oğlu ilə yazışmalarına baxır.

"Mama, bəsdi də, bu uşaqlıq şəklimi yollama mənə".

Gülümsəyir.

Şəkildə 3 yaşı var. Bağçanın qarşısındadı, skamyanın önündə. Başında ağ panama, əynində ağ köynək.

Əlindən elə tutub ki. Hirslə, qəzəblə, ümidlə. Qaşlarını çatıb.

Elə o vaxtdan xoşlamır şəkil çəkdirməyi.

Hə, bu şəkildə birinci sinifə gedir. Hələ şagird deyil, məktəbin önündədi. Əlində çiçəklər, yuxulu, acıqlı, ürkək, söz desən ağlayar - ana gedəcək axı, burada tək qoyacaq onu axı.

Bax, bu şəkildə isə son zəngdi məktəbdə. Gülümsəyir. Yanaqları allanıb, eynən atası kimi.

“Mama, narahat olma. Cəbhədə deyiləm”

“Mama, hər şey yaxşıdı. Narahat olma”

“Mama, az qalıb, qayıdırıq. Narahat olma”

Oğul gecikir.

Yenə zəng vurur.

Çağırış, çağırış, çağırış.

Cavab vermir.

Divardan baxır oğul anasına.

Gülümsəyir.

Ana kim bilir neçənci dəfədir oğluna baxır, baxır, baxır, sonra durub o fotonu silir, ağlayır, pıçıldayır oğluna.

Oğlunun geyimlərini basır bağrına. Bağrındadı övladı, ətri, qoxusu, özü.

"Evlərinin önü darçın,

Fələk qoymur gözüm açım, vallah açım..."

... O evin yanından keçəndə, bu mahnını eşidəndə bilirəm ki.. Bilirəm ki, oğul anasının yanındadır.

Ananın köksündə döyünür, ürəyinin yanında...

Və hər dəfə o pəncərədən gələn, yayılan, səmaya yüksələn o mahnını eşidəndə bilirəm ki, oğul anasının yanındadı.

Ana oğlu ilə danışır.

Bakıda bir şəhid anası var.

Bakıda bir Vətən var.

Bakıda əbədi 19 yaşlı qalacaq gəncin qəlbi var.

Hərdən başınızı qaldırın, səmaya baxın.

Əbədi gənclər gülümsəyirlər bizə baxıb.

Nə xoş simaları var….

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 “Qarabağ“ - “Bazel“ oyunu başladı 16 Sentyabr 2021, 20:49 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18 Ombudsmanlar Şuşada səfərdədilər 16 Sentyabr 2021, 18:12
SORĞU Hansı vaksinə etibar edirsiniz?