19 Aprel 2021, 12:09 | Ana Səhifə - Yazılar - Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - II Yazı
Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - II Yazı

Akif Təvəkküloğlu,
əməkdar jurnalist


Hüsü kişinin çox sərgüzəştləri var. Duzlu-məzəli, acılı-şirinli xeyli illər yaşayıb, ömür sürüb. Xoşbəxt insan olub, əməllərinin  el-obaya gün kimi aydın olması, insanlara yararlı olması və onu tanıyanların qəlbində, yaddaşında özünə “yuva” qurması idi xoşbəxtliyi. Heç kimin qəlbinə toxunmazdı. Hətta öz uşaqlarını belə görmədiyi, dəqiq bilmədiyi bir şeyə görə, kiminsə sözünə ilə nə danlayar, nə tənbeh edər, nə də günahlandırardı. Hər şeyin kökünə, dərinliyinə baş vurar, aydınlaşdırdıqdan sonra qərarını verərdi. Bu insani keyfiyyət ona çox hörmət qazandırmışdı. Hamı onu ədalətli bir insan kimi tanıyırdı. Ona görə də eldə-obada onun yanına məsləhətə gələnlərin sayı həddən artıq çox idi. Heç kimi “əliboş” yola salmazdı. Söz boxçası zəngin, şəffaf və aydın idi. Hamıya düz yol göstərər, hər bir işdə xeyir-dua verərdi. İncə qəlbli, könüllərə toxunmayan bu insanın sözü düz üzə deməyini də hamı bilirdi və buna artıq vərdiş etmişdilər. Heç nə gözündən yayınmazdı. Çox güclü müşahidə qabiliyyəti var idi. Müşahidə etdiyi səhv bir addıma ağsaqqal düşüncəsi və müdrik baxışı ilə dərhal reaksiya verərdi. Acı sözü, həqiqəti  adama elə ustalıqla deyərdi ki, qarşısındakı adam cınqırını belə çıxarmazdı. Kimisə yalandan nə tərifləyər, nə də tənqid edərdi.


Hüsü kişinin evinin qarşısından maşın yolu keçirdi. Yolun o biri tərəfi geniş, boş bir ərazi idi. Kənarlarda  boy-boya vermiş salxım söyüd və çinar ağacları ətrafa gözəllik verirdi. Düzdür payız, qış aylarında oralarda ins-cins görünməzdi. Amma elə ki, yaz günəşinin şəfəqləri yeri-göyü isitməyə başladı həmin ərazi dönərdi uşaqların futbol, voleybol və digər müxtəlif oyunlar oynadığı meydançaya,  böyüklərin isə “hap-gap”- söhbət yerinə.


...Elə-obaya bahar gəlmişdi,  insanlara Novruz sevinci gətirmişdi. Ağaclar tumurcuqlamağa, libaslarını yaşıllandırmağa başlamışdı. Adamlar daqış libasını dəyişirdi. Hüsü kişinin evinin qarşısındakı o palçıqlı, bom-boz yer gömgöy dona girmişdi. Elə bil yer də, göy də sevinir, ora toplaşanlar isə bu sevinci ürəkdolusu yaşayırdılar. Uşaqlar öz kefində idi. Böyüklər yenə ənənəyə sadiq qalaraq Hüsü kişinin başına toplaşmışdılar. Yenə danışdığı duzlu-məzəli söhbətlərlə hamını ovsunlamışdı. Dünyanın gərdişindən danışırdı. Amma qəfildən ağzındakı sözünü yarımçıq saxlayan qoca kənardan keçən bir nəfərə əl elədi. Onun “ay qonşu, ay qonşu, zəhmət olmasa bir ayaq saxla, əziyyət deyilsə, bura gəl” - deməsi ilə hamının diqqətini o tərəfə yönəldi. Çağırışdakı kinayəni və kiçik qəzəbi hər kəs hiss elədi. Doğrudan da yaxınlaşai adam Hüsü kişinin illərdi ki, qonşusu idi, özü də oxumuş, təhsilli bir  adamdı. Həmin şəxs ağsaqqallara yaxınlaşanda Hüsü kişi ondan soruşdu:

- A bala, sənin adın nədir?


Sualdan özünü itirən adam:


-A kişi, biz dədə-babadan qonşuyuq, mənim adımı bilmirsən bəyəm, yoxsa, məni ələ salırsan?


Hüsü kişi:

- Yox, bala, unutmamışam. Sən özün adını yaddan çıxarmamısan ki?


Qonşu qəzəbli halda:

- Adımı niyə yaddan çıxarıram? Bilmirsən ki, adım Əlisoltandır?


Hüsü kişi:


- Bilirəm oğul, bilirəm. Maşallah ayaqqabıların kimi ikimərtəbəli adın var - Əlisoltan. Yəni, Əli və Soltan. De görüm, hələ sən bir adda daşıdığın bu iki adın nə qədər böyük məna və mənəvi yük daşıdığını bilirsən? Niyə adına, ziyalılığına hörmət qoymursan? Niyə qohum-qonşunun yanından  salam-kəlamsız keçirsən? Yoxsa, bizi özünə yaraşdırmırsan? Maşallah üz-gözündən, üst-başından “yağ” damır. Hər gün elə bil “kraxmallanıb” çıxırsan. Ona görə sənə “kraxmal Əlisoltan” deyirlər. Səliqə-sahmanına söz ola bilməz. Ayaqqabıların toza, palçığa batmasın deyə ayaqqabının üstündən qaloş geyinirsən. El-oba səni həm də “qaloş Əlisoltan” kimi çağırır. Bəzək-düzəyinə söz ola bilməz. Savadın var, biliyin var, diplomun var. Amma adamlığın yoxdur. Salam vermək ən böyük mədəniyyətdir. Salam Allahın salamıdır. Adını da ziyalı qoymusan... Bəs bu uşaqlar səndən nə tərbiyə götürəcək? Bir qabiliyyətin olsun. Sənin atan yerində insanlar oturub burada. Gələndə-gedəndə onlara bir salam ver, hal-əhval tut. Salam insanlar arasında yaranan münasibət mədəniyyətinin əlifbasıdır. Bəs bunu sənə oxuduğun məktəblərdə başa salmayıblar?

Ziyalını elə bil don vurmuşdu. Hüsü kişinin qarşısında heykəl kimi üzü-gözü pörtmüş halda dayanmışdı. Çırtma vursaydın şar kimi partlardı...

Kəlmə kəsmədən başını aşağı salıb, xəcalətli adam kimi oradan uzaqlaşdı. Əlisoltan iki ay gözə görünmədi. Amma sonralar üzünə daim təbəssüm qonduran Əlisoltan müəllim qarşısına çıxan hər kəslə çox səmimi görüşərək salamlaşır, hal-əhval tutur, hətta hər bir işdə köməkdarlığını təklif edirdi. Eşidən-bilən də Hüsü kişiyə “bərəkallah” deyib zarafatla “verdiyin tərbiyəyə şükür” söyləyirdilər...

 

Ardı  var...

“Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25 ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR 16 Sentyabr 2021, 18:18
SORĞU Hansı vaksinə etibar edirsiniz?