23 May 2021, 11:55 | Ana Səhifə - Yazılar - Bakıda 12 icra başçısına, bu qədər “məmur ordusu”na nə ehtiyac var?..
Bakıda 12 icra başçısına, bu qədər “məmur ordusu”na nə ehtiyac var?..

Vüqar Tofiqli


Paytaxtın idarəedilməsi: təklif və real vəziyyət...

Milli Məclisin üzvü Fazil Mustafa parlamentin iclasında maraqlı təkliflə çıxış edib. F. Mustafa dövlət qulluqçularının sayını azaltmaqla bələdiyyə qulluqçularının sayını artırmaq, bəzi rayonları birləşdirməklə bələdiyyələrə əlavə səlahiyyətlərini verilməsinin məhz bu gün zəruri olduğunu dilə gətirib. Dəfələrlə belə yüksək tribunadan bu təklifi səsləndirdiyinə görə  MM üzvünə təşəkkür edirəm.


***


Mətləbə keçməzdən əvvəl qeyd edim ki, təklifin əslində Milli Məclisin Regional Komitəsinin üzvləri tərəfindən səsləndirilməsi və əsaslandırılması daha məqsədəuyğun olardı. Fikrimcə, komitənin vaxtı ilə bələdiyyədə  çalışmış üzvləri bu təkliflə bağlı fikirlərini bildirməkdə aktiv olmalı və təklifə öz fikirlərini bildirməklə mövzunu daha da  geniş müstəvidə müzakirəyə çıxarmalı idilər. Təəssüf edirəm ki, yaxından tanıdığım Səbinə Xasayevə və Əliabbas  Salahzadə bu proseslərdə və xüsusəndə bələdiyyələrin problemlərini ictimailəşdirməkdə passivliyi ilə seçilirlər. Qeyd edim ki, Səbinə Xasayevə  iki il əvvəl Lökbatan bələdiyyəsinin sədr müavini, Ə.Salahzadə isə Bilgəh bələdiyyəsinin ilk sədri olub. Özü də 21 yaşında. Hər ikisi fəallığı ilə, savadı və qabiliyyətiylə seçiliblər.  Bu gün  Milli Məclisin  üzvü kimi hər ikisi vaxtı ilə təmsil olunduqları sahənin problemlərini daha yaxından bildiyindən istər komitənin icaslarında, istərsə də plenar iclaslarda bələdiyyənin problemlərini heç olmasa səsləndirməkdən çəkinməməlidirlər. Bələdiyyədə olduğu kimi MM-də aktiv olmalı və bu mərtəbəyə haradan gəldiklərini unutmamalıdırlar. Nə isə, keçək mətləbə.


***


Fazil Mustafanın təklifi ilə bağlı deməliyəm ki, son illərdə biz də dəfələrlə təhlil və araşdırmalarımızda bu mövzuya diqqəti çəkmişik. Onu da əlavə edək ki, bizim təklif etdiyimiz əsas məqam ilk öncə paytaxt və Gəncə şəhərindəki rayonların ləğvi ilə  bağlı olub. Hazırda Bakı və Gəncə şəhərlərindəki rayon icra hakimiyyətlərinin elə də ciddi səlahiyyəti qalmayıb. Bu strukturlar əslində büdcə üçün də artıq yükdür. Gəlin tam səmimi etiraf edək ki, Bakıda 12 rayon icra başçısına,  36 başçının müavininə, 60 şöbə müdirinə və saysız-hesabsız mütəxəssis  korpusuna ehtiyac yoxdur. Sual edirəm bu gün bu icra strukturların əsas vəzifə səlahiyyətlərini bilən varmı. Üstəlik bu qurumların  yeni yaradılan sahə inzibati dairələrinə ehtiyacı varmı? Bu SİƏD-lərin işlərini elə bələdiyyələr görür də. Yəni bu qurumlar həqiqətən öz həyatını başa vurub desəm, yəqin ki, yanılmaram. Və hörmətli millət vəkili də yəqin ki, bunu nəzərdə tutub o təklifi verir. Belə olan halda,  sual oluna bilər ki, bu prosesin icrası bizə nə verəcək?


Deməliyəm ki, ilk olaraq dövlət büdcəsinin yükü azalacaq. Nəzərə alaq ki, Bakı rayonlarının saxlanmasına büdcədən kifayət qədər vəsait ayrılır. 2021-ci il üçün dövlət büdcəsindən  Bakı şəhəri üçün xərclərin həcmi 335.683.000 manat,  Gəncə şəhərinə isə 36 226 000 manat ayrılması nəzərdə tutulub. Bu vəsaitin də böyük bir qismi məhz adıçəkilən struktur bölmələrinin saxlanmasına yönəlir. Demək qənaətin edilməsi bü gün üçün zəruri olmalıdır.


Bu məqamın icrasında beynəlxalq təcrübədən yararlanmaqda olar. Qeyd edim ki, beynəlxalq təcrübədə bu məqam çox diqqətlə icra olunur. İstanbulun, Moskvanın, Praqanın və digər paytaxt şəhərlərinin  və iri sənaye mərkəzlərinin  idarəedilməsinə diqqət yetirsək konkert olaraq belə qənaətə gələ bilərik ki, bizdə də bu prosesə start verilsə həm dövlət büdcəsi qazanar, həm də vətəndaşın məsuliyyət yükünun  artmasıyla problemlərin həlli sürətlənər.


Yəni paytaxtın idarəedilməsi birmənalı olaraq Böyükşəhər bələdiyyəsinə tapşırılmalıdır. Bunun üçün şəhər şurasının və ya şəhər məclisinin üzvləri, habelə Böyükşəhər bələdiyyə sədrinin birbaşa yerlərdə seçki keçirilməklə seçilməsini təklif edərdik. Lakin bununla yanaşı, şəhərin inzibati ərazisi məsələsinə də yenidən baxılmalıdır. Bitişik ərazilərin şəhərə qatılması, rayon əvəzinə daha böyük miqyasda biri mərkəz olmaqla dörd istiqamət üzrə inzibati dairənin olmasını təklif edərdik. On iki rayonu ləğv etməklə  beş inzibati ərazi vahidi üzrə Mərkəz dairəsi, Şimal dairəsi, Cənub dairəsi, Qərb dairəsi və Şərq dairəsi yaradıla bilər. Və ən əsası bələdiyyələrdə məhz bu dairələr üzrə yaradılmalıdır. Demək paytaxtda RİH-lər ləğv edilir  və paytaxtda bələdiyyələrində sayı biri böyük şəhər olmaqla, beş bələdiyyə yaradılır. Pirallahı, Qaradağ, Xəzər rayonu  tam,  Suraxanı və Sabunçu rayonunun isə bir hissəsi paytaxtdan ayrılır. Fikrimizcə, əhalisinin sayı 50 min nəfəri keçən qəsəbələrə,  o cümlədən Binə, Mərdəkan, Maştaga  və Hövsana xüsusi statusun verilməsi də gündəmə  gətirilməlidir. Maraqlı və təzadlı  məqam ondadır ki, əhalisinin sayı iki min nəfər olan rayon mərkəzinə şəhər statusunu vermişik, ancaq əhalisinin sayı az qala yüz əlli min nəfər olan qəsəbələrdə isə idarəçliyi Allah ümidinə buraxmışıq.


Bu arada qeyd edim ki, Abşeron rayonu ilə paytaxta rayonları arasında ərazi probleminin olduğunu da unutmamalıyıq. Bununla yanaşı hazırda  kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan məskunlaşma ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi və “sənəsdiz mənzil” problemi həlli vacib məsələlər sırasına daxil edilməlidiir.


***


Son olaraq qeyd edim ki, Böyük şəhər bələdiyyəsinin yaradılması həmdə bu orqanlara inzibati nəzarəti keçirən orqanın statusunun artırılmasına səbəb olacaq. Ciddi şəkildə inzibati nəzarətin həyata keçirilməsi, həm də real ictimai nəzarətin olması nəticə etibarilə ümumi fəaliyyət prinsipinə müsbət təsir edəcəyinə şübhəm yoxdur.


Ümumiyyətlə, ölkəmizdə indiki vaxtda ərazi-inzibati idarəçiliyində regional idarəetməyə keçid həyata keçirilməlidir. Yerli hakimiyyət bələdiyyələrə verilməli, ölkədə regional idarəetmə strukturları yaradılmalıdır. Bu gün nazirlik və komitələrin pərakəndə şəkildə və əhalinin maraqlarına uyğun olmayan şəkildə yaratdıqları regional idareətmə məqbul sayıla bilməz.


Güman edirəm ki, regional idarəetməyə keçidlə bağlı prosesin ilk olaraq pilot layihə şəklində Bakı və Gəncədə  həyata keçirilməsi nəticə etibariylə ümumi prosesə öz töhvəsini vermiş olacaq, həm dövlət büdcəsi ağır  maliyyə yükündən azad olacaq, həm də  vətəndaşlarım  məsuliyyət yükü artacaq.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Avropa çempionatında 1/8 finalın cütlükləri bilindi 24 İyun 2021, 01:04 Daha iki komanda 1/8 finalda - AVRO-2020 24 İyun 2021, 01:00 İranda ABŞ-la danışıqları qadağan edən qətnamə qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?