2 İyun 2021, 14:08 | Ana Səhifə - Yazılar - Fransa riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata dəstək verir
Fransa riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata dəstək verir

Elman Babayev


Görünən odur ki, Fransa prezidenti Emmanuel Makronun ermənipərəstliyi sağalmaz xəstəlik şəklini alıb. Dövlətlərarası və beynəlxalq hüquq normalarını ayaqlar altına atan Makron ölkəsinin balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmaq niyyətindən birdəfəlik vaz keçdiyini bütün çılpaqlığı ilə sərgiləməkdə davam edir.

Mübaliğəsiz demək mümkündür ki, Makron hazırda ölkəsinin bütün maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdıran bir nömrəli prezidentdir. Fransadakı erməni lobbisinin tezisləri ilə siyasət yürüdən Makronu dövlətin, Fransa xalqının maraqlarından çox Ermənistanın vəkilliyinin yeni-yeni istiqamətləri maraqlandırır və nə yazıqlar ki, o, bunu böyük həzzlə həyata keçirir.

44 günlük müharibədə və müharibədən sonrakı dönəmdə Azərbaycanın Zəfərindən, tarixi ədaləti bərpa etməsindən sonra da Fransa prezidentinin ermənidən artıq erməni olmaq siyasəti dəyişməz qalır. Parisdə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi sonuncu mətbuat konfransında Makron regiondakı vəziyyətə adekvat olmayan, sırf erməni tərəfinin maraqlarına uyğun açıqlamalarla çıxış edib.

Belə bir cəfəng fikirlər işlədib ki, Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunmalı, müharibənin gedişində bütün saxlanılanlar, o cümlədən hərbi əsirlər azad olunmalı, tərəflər arasında gərginlik aradan qalxmalı, Azərbaycan Ermənistan ərazisini tərk etməlidir. Üstəlik, açıq vurğulanıb ki, Fransa Ermənistanla həmrəydir.

Fransanın Ermənistanla həmrəy olması o demək deyil ki, rəsmi Paris beynəlxalq hüquqa, həqiqətlərə, regiondakı reallığa, erməni işğalına, erməni cinayətlərinə kor olmalıdır! Üstəlik, reallığa, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bəyanatlar verməlidir.

Son açıqlamasının ayrı-ayrı detallarının üzərində dayansaq, Makron yaxşı bilir ki, birincisi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanata əsasən, bölgədə atəşkəs təmin edilir. Sadəcə olaraq, hərdən atəşkəsi pozmaq, təxribat yaratmaq istəyən məğlub, siyasi və iqtisadi böhran yaşayan səfil Ermənistandır və onun bütün bu cəhdlərinə layiqli cavablar verilir.

İkincisi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur. Terrorçularla hərbi əsirin fərqini Makron yaxşı anlayır, sadəcə onu yönləndirənlərin iradəsinin əksinə gedə bilmir. Söhbət ondan gedir ki, hərbi əsir adı qoyulan adamlar üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun, həmçinin 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvləridir. Reallıq budur!

Digər reallıq isə odur ki, bir neçə gün öncə Ermənistanda itkin düşmüş erməni əsgərlərinin morqların birində soyuducuda saxlanıldığı faktı üzə çıxıb. Bundan başqa, Azərbaycan humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb. Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsinin prosesdə yaxından iştirakı ilə erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Maraqlıdır, Fransa prezidenti ATƏT-in Minsk Qrupunun həmsədri kimi, hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə niyə maraqlanmır? Dostu və qardaşı Paşinyandan bu günədək bu barədə məlumatın Azərbaycana verilmədiyini niyə soruşmur?

“Azərbaycan Ermənistan ərazisini tərk etməlidir” kimi cəfəng fikirlərlə bölgədəki sülhə, inkişafa töhfə vermək olmaz. Bu gün Azərbaycan əsgəri özünün qədim torpağında xidmət göstərir, ermənilərin faşistcəsinə xarabazara çevirdiyi Qarabağda quruculuq işləri aparılır. Gerçəkləri görməzdən gəlib Azərbaycanın ərazi bütövlüyünə qəsd edən açıqlamalar vermək Fransanın həmsədr ölkə kimi mandatına ziddir.

24 ildir Fransa həmsədr ölkədir. Niyə bu müddətdə işğalçı Ermənistanın Azərbaycanın dünya tərəfindən tanınmış ərazilərindən çıxması barədə bir dəfə də olsun bəyanat verməyib? BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını tələb etməyib? Fransa belə riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata, işğala dəstək verdiyini ortaya qoyur.

Analamaq lazımdır ki, bölgədə tarixi ədalətə uyğun yaranan reallığı dəyişmək mümkün olmayacaq. Güclü orduya, iqtisadi gücə malik Azərbaycan öz tarixi torpaqlarına qayıdıb. BMT-nin, ATƏT-in Minsk Qrupunun görməli olduğu işi təkbaşına edib.

Fransa Ermənistana rəğbətini başqa müstəvidə davam etdirməlidir. Həqiqətən Ermənistanın inkişafını istəyirsə, öz imkanlarından yararlanıb, bu ölkəni reallıqla barışmağa, sərhədləri tanımağa təşviq etməlidir. Bölgədə gələcək əlaqələrin qurulmasına səy göstərməlidir. Təəssüf ki, tam əksini görürük; Fransa kimi dövlət xam xəyallarla yaşayan erməni dairələrinin əlində alətə çevrilib və heç bir çərçivəyə sığmayan bəyanatlara müəlliflik edir.

Makron qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətindən daşınmalı, ölkəsinin həmsədr mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində qavramamalıdır. Reallığa, beynəlxalq hüquqa zidd mövqe nəyisə dəyişmək gücündə deyil. Necə ki, ötən ilin sonlarında erməni lobbisinin dirijor çubuğu ilə Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə layihəsini qəbul etməsi heç nəyi dəyişmədi. Və zaman Azərbaycana təzyiq etmək, onun haqq işinə kölgə salmaq niyyətini iflasa uğratdı, bu sənədin taleyi rəsmi Bakının bəyan etdiyi kimi, adi kağız parçasına çevrilməkdən uzağa getmədi.

Ötən ilin noyabrından Fransadakı erməni lobbisinin və onların tapşırıqlarına uyğun davranan Makronun bəyanatları da eyni taleni yaşayır və yaşayacaq...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda tanınmış alim vəfat etdi 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26 Neft yenidən ucuzlaşdı 17 Sentyabr 2021, 09:21 Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI 17 Sentyabr 2021, 09:16 Avropa və Konfrans liqalarında ilk oyunlar - Bütün NƏTİCƏLƏR 17 Sentyabr 2021, 09:10 MTN generalının cinayət işi icraata verildi 17 Sentyabr 2021, 09:06 Xarici valyutaların manata qarşı məzənnəsi 17 Sentyabr 2021, 09:00 Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - İDDİA 17 Sentyabr 2021, 08:53 Bakıda bu mənzillər ucuzlaşır 17 Sentyabr 2021, 08:45 UEFA reytinqində Azərbaycanın mövqeyi 17 Sentyabr 2021, 08:38 Avropa Birliyi öz ordusunu yaratmaq istəyir 17 Sentyabr 2021, 08:32 Daha bir ölkə sərhədlərini açdı 17 Sentyabr 2021, 08:25 Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb 17 Sentyabr 2021, 08:10 İnsan zəkasını və məntiqini artıran QİDALAR 17 Sentyabr 2021, 08:01 Bu günün hava proqnozu 17 Sentyabr 2021, 07:54 Yaponiyada vulkan püskürdü 17 Sentyabr 2021, 07:53 Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı   17 Sentyabr 2021, 07:48 XİN rəsmisi Ermənistanla bağlı açıqlama yaydı 17 Sentyabr 2021, 07:40 Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderlandın XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31
SORĞU Hansı vaksinə etibar edirsiniz?